PAŞA Holding şəhid övladlarını 2025-ci ildə də sığortalayır
(®) 2023-cü ildən etibarən PAŞA Holding-in “Vətən əmanətlərin keşiyindədir” təşəbbüsü çərçivəsində şəhid övladları holdinqin törəmə şirkəti olan PAŞA Sığorta tərəfindən sığortalanır. Sözügedən sığorta xidməti 2025-ci ilidə də davam edəcək.
Xatırladaq ki, PAŞA Holding tərəfindən 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək olan övladları üçün 3 istiqamətdə aparılan sosial dəstək proqramı artıq 3-cü ildir davam etdirilir.
2024-cü ildən etibarən bu proqrama antiterror əməliyyatları zamanı şəhid olan şəxslərin övladları da əlavə olunub. Layihə çərçivəsində sözügedən uşaqlar müəyyən bayram günləri münasibətilə bayram paketləri, təhsil paketi və genişləndirilmiş sığorta paketi ilə təmin edilir. Genişləndirilmiş sığorta paketi digər xidmətlər ilə yanaşı stomatoloji, eləcə də xroniki xəstəliklərin müayinəsi və müalicəsini nəzərdə tutur.
Proqram çərçivəsində iki il ərzində PAŞA Sığorta tərəfindən 1000-dən çox müraciət üzrə xidmət göstərilib. Bunlar arasında ambulator, statsionar, təcili yardım, stomatoloji, pediatriya, nevrologiya, oftalmologiya istiqamətləri üzrə xidmətlər yer alıb.
“Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində təqdim olunan tibbi sığortadan yararlanmaq üçün *7000 Sığorta Məsləhətləri Xəttinə müraciət etmək lazımdır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 3 d. əvvəl
-
- 17 d. əvvəl
- 20 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti
























