Kapital Bank-ın dollar istiqrazlarına abunə yazılışı yekunlaşıb - 120 İNVESTORDAN SİFARİŞ
(®) Xəbər verdiyimiz kimi 8 yanvar 2025-ci il tarixində Kapital Bank-ın 25 000 000 (iyirmi beş milyon) ABŞ dolları həcmində subordinasiya istiqrazlarının abunə yazılışına start verilmişdi. İstiqrazları 10 yanvar 2025-ci il tarixindən etibarən 12 gün ərzində Kapital Bank filiallarından əldə etmək mümkün olub. Qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 24 yanvar 2025-ci il tarixində yekunlaşıb.
120 investorun iştirak etdiyi yerləşdirmədə ümumi sifarişlərin həcmi 25 milyon ABŞ dolları olub. İstiqrazların nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi 7%, faiz ödəniş dövrü hər 30 gündən bir, tədavül müddəti isə 7 il təşkil edir. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Kapital Bank-ın dollar istiqrazlarını əldə edən hər kəs illik gəlirini nə az, nə çox 7% artıra bilər. Maliyyə bazarının bu unikal təklifi müştərilərə aylıq gəlir qazandırır. Qeyd edək ki, istiqrazlar üzrə faiz ödənişləri vergidən azaddır. Eyni zamanda istiqrazların abunə yazılışı ilə bağlı bütün komissiyalar bank tərəfindən ödənilir.
Ərtaflı məlumat üçün: https://kbl.az/ib
Xatırladaq ki, 2024-cü ildə Kapital Bank-ın ümumi həcmi 145 milyon ABŞ dolları və 100 milyon manat olmaqla 7 istiqraz emissiyası baş tutub. Eyni zamanda bank ötən il ilk dəfə olaraq filiallarda da istiqrazların abunə yazılışını həyata keçirməyə nail olub. Ümumilikdə 450-dən çox investorun iştirak etdiyi abunə yazılışlarında fiziki şəxslər öz aktivlikləri ilə seçiliblər. Bankın istiqrazları təkrar bazarda da aktiv ticarət olunub. Ötən il ərzində investorlar arasında 52 milyon manatdan çox ticarət aparılıb.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
7 d. əvvəl
"Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub"
- 12 d. əvvəl
- 31 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Makron: Avropa Putinlə dialoqu bərpa etməlidir
Azərbaycan şirkəti müflis elan olunacaq
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
Ən çox oxunanlar
5-ci böyük bank qazancını bölüşdürməyə hazırlaşır
Rəsmi məzənnələr açıqlandı
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Amazon Web Services Azərbaycanda
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
















.jpg)



.jpg)
