Tesla-nın xalis mənfəəti kəskin azalıb
Tesla gözləntilərə cavab verə bilməyib.Amerikanın elektrikli avtomobil istehsalçısı Tesla 2024-cü ilin dördüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Marja.az xəbər verir ki, Şirkətin gəlirlərində məhdud artım olsa da, xalis mənfəətində ciddi azalma qeydə alınıb.
Tesla-nın gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 25,7 milyard dollar təşkil edib. Bununla belə, şirkətin xalis mənfəəti 71 faiz azalaraq 2,3 milyard dollar olub. 2023-cü ilin son rübündə Tesla-nın xalis mənfəəti 7,9 milyard dollar təşkil etmişdi.
Səhmbaşına mənfəət 66 sentə düşüb
Ötən ilin son rübündə şirkətin səhm üzrə qazancı da əhəmiyyətli dərəcədə azalıb. 2023-cü ilin eyni dövründə 2,27 dollar olan səhm üzrə qazanc 2024-cü ilin dördüncü rübündə 66 sentə qədər düşüb.
Tesla-nın illik performansı da oxşar mənzərədədir. 2024-cü ildə Şirkətin ümumi gəliri 1 faiz artaraq 97,7 milyard dollara çatdığı halda, xalis mənfəəti 53 faiz azalaraq 7,1 milyard dollar təşkil edib.
İstehsalı azalıb
Tesla ötən ilin son rübündə dünya üzrə 459 min 445 avtomobil istehsal edib. Eyni dövrdə 495 min 570 avtomobil təhvil verən şirkətin istehsalında 7 faiz azalma baş verib. Şirkətin satışı (təhvil) 2% artıb.
Şirkətin illik istehsalı 4 faiz azalaraq 1 milyon 773 min 443 ədəd olub. İl ərzində cəmi təhvil 1 faiz azalaraq 1 milyon 789 min 226 ədəd olub.
2025-ci ildə Robot taksi işə salınacaq
Tesla süni intellektə və avtonom sürücülük texnologiyalarına yatırdığı sərmayələri ilə seçilir. Şirkətdən verilən açıqlamada 2024-cü ilin nəzarət edilən tam avtonom idarəetmə sisteminin inkişafı üçün kritik bir il olduğu bildirilib. Tesla bu ilin sonuna kimi ABŞ-ın bəzi bölgələrində nəzarətsiz tam avtonom idarəetmə funksiyasını işə salmağı planlaşdırır. 2025-ci ildə Avropa və Çində nəzarət edilən tam avtonom sürücü sisteminin tətbiqi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
1 gün sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 14 d. əvvəl
-
- 52 d. əvvəl
- 56 d. əvvəl
-
59 d. əvvəl
Hörmüz boğazı bir az da bağlı qalsa neftin qiyməti 150 dollara çata bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
WSJ: Tramp Hörmüz boğazı bağlı qalsa belə müharibəni bitirməyə hazırdır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pezeşkian: “Atəşkəs İran xalqının təhlükəsizliyi və maraqlarının təmin olunmasından asılıdır”
-
1 saat əvvəl
Uber, lüks seqment xidmətini gücləndirmək üçün Blacklane startapını satın alır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Azərbaycan neftinin qiyməti 128 dolları ötüb
Neft treyderləri səbirsizliklə aprelin 6-sını gözləyirlər
İrandan Trampın Xark adası planına sərt cavab
Ən çox oxunanlar
Ağ Ev: İran danışıqlarda ABŞ-ın bəzi tələblərini qəbul edib
Pezeşkian: “Atəşkəs İran xalqının təhlükəsizliyi və maraqlarının təmin olunmasından asılıdır”
Bayramovla Əraqçi arasında telefon danışığı baş tutub
Müharibə Avrozonada inflyasiya gözləntilərinə təsir edib
Almaniyada inflyasiya İrandakı müharibənin təsiri ilə 1,5 ilin ən yüksək səviyyəsindədir






















