92-ci ildə 1 dəst kostyum oğurlayıb, ölkədən qaçmışdı - Cinayət işinə xitam verildi
Cinayət nəticəsində dəymiş ziyanın məbləği 426 rubl 93 qəpik təşkil edir. Həmin məbləğ də indiki məzənnə ilə cəmi 42 manat edir. Dəymiş ziyanın məbləğinin indiki pulla cüzi məbləğ təşkil etdiyini nəzərə alaraq ittihamdan bəraətverici əsasla imtina etdiyini bəyan edib.33 il əvvəl Bakıda mağazadan bir ədəd şalvar və bir dəst kostyum oğurlayıb ölkədən qaçan şəxsin cinayət işinə indi xitam verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi vəziyyətin dəyişməsi ilə bağlı belə qərar çıxarıb.
Sözügedən oğurluq cinayəti 1992-ci ilin martında baş verib.
Təqsirləndirilən Samir Kərimov (şərti ad-soyadlı) indiki Azadlıq prospektində yerləşən “Saburovo” yaradıcılıq istehsalat birliyinin mağazasını yararaq 251 rubl 37 qəpiklik bir ədəd kişi şalvarı və dəyəri 175 rubl 56 qəpik olan bir dəst qadın kostyumunu oğurlayaraq, ticarət obyektinə ümumilikdə 426 rubl 93 qəpik məbləğində maddi ziyan vurub.
Həmin vaxt məhkəmə gedişində azadlıqda olan Samir ölkədən qaçmağı bacarıb. Onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, axtarışa verilib.
20 il sonra Binəqədi Rayon Polis İdarəsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevaya məktub göndərib ki, uzun müddətdir, icraatınızda olan iş üzrə təqsirləndirilən şəxsin Rusiyada olması müəyyən edilib. Amma müddət keçdiyi üçün axtarış qərarı ləğv edilib. Eyni RPİ-dən il yarım əvvəl məhkəməyə daxil olan məktubda da həmin şəxsin hələ də tutulmadığı bildirilib.
Ramella Allahverdiyeva təqaüdə çıxdığı üçün yekun iclası hakim Azad Məcidov keçirib.
İittihamdan görünür ki, cinayət nəticəsində dəymiş ziyanın məbləği 426 rubl 93 qəpik təşkil edir. Həmin məbləğ də indiki məzənnə ilə cəmi 42 manat edir.
Prokuror cinayətin üstündən 30 ildən çox vaxt keçdiyini, dəymiş ziyanın məbləğinin indiki pulla cüzi məbləğ təşkil etdiyini nəzərə alaraq ittihamdan bəraətverici əsasla imtina etdiyini bəyan edib.
Belə olan halda məhkəmə işi bitirib. Prokurorun ittihamdan imtina etməsi səbəbindən cinayət işinə xitam verilib. S.Kərimov barəsində 33 il əvvəl seçilmiş qiyabi həbs qərarı ləğv edilib.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur














.jpg)




