Naxçıvanda Türkiyənin “Rapsodi Çorap” şirkətilə əməkdaşlıq danışıqları aparılıb
Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov “Türkiyə Moda və Hazır Geyim Federasiyası”nın prezidenti və “Rapsodi Çorap” şirkətinin rəhbəri Hüseyin Öztürk ilə görüşüb.
Marja Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Türkiyənin Naxçıvanda Baş Konsulu Asip Kaya, ticarət atteşesi Engin Iğdır iştirak ediblər.
Abbas İsmayılov Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdən danışıb, Naxçıvanda əlverişli biznes mühiti və investorlar üçün yaradılan imkanlar barədə məlumat verib.
Görüşdə Naxçıvanda investisiya layihələrinin həyata keçirilməsi imkanları və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Hüseyin Öztürk 1982-ci ildən corab sənayesində fəaliyyət göstərir. "Rapsodi Çorap Tekstil Sənaye və Ticarət" şirkəti 2006-cı ildə Öztürk tərəfindən satın alınıb. "Rapsodi Çorap" istehsal sektorunda əldə etdiyi bilik və təcrübə ilə bu gün corab sənayesinin aparıcı şirkətlərindən biridir. İstehsal çeşidinə və keyfiyyətinə görə birinci yerdə olan məhsulları ilə daxili bazarda əhəmiyyətli paya malik olan "Rapsodi" dünyanın aparıcı məşhur markaları üçün corablar da istehsal edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
15 d. əvvəl
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
-
1 saat əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
1 saat əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
Ən çox oxunanlar
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi












.jpg)






