“Azerconnect Group” “Telekommunikasiya sektorunda kibertəhlükəsizlik” tədbirində iştirak edib
Ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group” “Telekommunikasiya sektorunda kibertəhlükəsizlik” mövzusuna həsr olunan tədbirdə iştirak edib.
Görüşə dövlət qurumları, telekommunikasiya provayderi və operatorlarının, həmçinin digər özəl təşkilatların aidiyyəti sahə üzrə məsul rəhbər şəxsləri və nümayəndələri qatılıblar.
Tədbir zamanı iştirakçılar telekommunikasiya sahəsində çağırışlar, bu sahədə beynəlxalq təcrübə və mövcud kibertəhdidlərə qarşı mübarizə məsələlərini müzakirə ediblər.
Qeyd olunub ki, yeni texnologiyalar, xüsusi ilə süni intellektin inkişafı kibertəhdidlərin real vaxt rejimində aşkarlanması, mürəkkəb kiberhücumların qarşısının alınması, böyük məlumatların təhlili və insidentlərə cavab proseslərinin avtomatlaşdırılması kimi sahələrdə yeni yanaşmalar tətbiq etməyə imkan verir. Görüşdə, həmçinin kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə cəmiyyətdə maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyi, ixtisaslı kadrların hazırlanmasının əhəmiyyəti, bu prosesdə dövlət-özəl tərəfdaşlığının rolu vurğulanıb.
Qeyd edək ki, “Telekommunikasiya sektorunda kibertəhlükəsizlik” mövzusuna həsr olunan dəyirmi masa Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) təşkilatçılığı ilə baş tutub. AKTA kibertəhlükəsizlik və informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən ekspert, şirkət və təşkilatların vahid platformasıdır.
Ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)





.jpg)
