MyGroup Holding: "Dövlətimizə və vətənimizə sevgi inancımızın bir hissəsidir"
"MyGroup Holding" 1000-ə yaxın şəxsi işlə təmin edib, ötən il vergi ödənişləri 14 faiz artaraq 10 milyon manatı keçib.(®) Şirkətimiz doğma Azərbaycanımızı təmsil edir və ölkə başçımızın dünya nizamında qurduğu iqtisadi mövqelərinə dəstək olur, həmçinin onları daha da möhkəmləndirmək üçün mühüm işlər həyata keçirməkdədi.
2024-cü ildə “MyGroup Holding” 1000-ə yaxın şəxsi işlə təmin etmiş və onların gələcəklərini formalaşdırmaları məqsədilə müxtəlif proqramlar, eyni zamanda xaricdə təcrübə qazanmaq üçün imkanlar yaratmışdır.
Xaricə göndərilən əməkdaşlar yeni biliklər əldə edərək Bakıya qayıtmış və həmin bilikləri şirkətin və ölkənin inkişafı üçün tətbiq etməyə başlamışdırlar.
"MyGroup Holding" vergi, ƏDV, gömrük və digər ödənişlər sahəsində də böyük töhfələr vermişdir.
Məsələn, 2023-cü ildə ümumi vergi ödənişləri 9 095 690 AZN, 2024-cü ildə isə bu rəqəm 10 326 971 AZN-ə çataraq 14%-lik artım göstərmişdir.
* ƏDV: 2023-cü ildə 5 753 022 AZN-dən 2024-cü ildə 6 183 559 AZN-ə yüksəlmişdir (7% artım).
* DSMF: 185 597 AZN-dən 271 568 AZN-ə artaraq 46%-lik artım baş tutmuşdur.
* Gömrük Rüsumu: 2 856 635 AZN-dən 3 371 844 AZN-ə yüksəlmişdir (18% artım).
* Mənfəət Vergisi: 300 436 AZN-dən 500 000 AZN-ə çatmışdır ki, bu da 66%-lik artım deməkdir.
* Cəmi 2023: 9 095 690 AZN
* Cəmi 2024: 10 326 971 AZN
* Artım orta faizlə: təxminən 14%
Bu artım tendensiyası 2025-ci ildə də davam edəcək və gözlənilən rəqəmlərin 15%-20% dən artıq olması gözlənilir.
“MyGroup Holding” xaricdə əldə etdiyi mənfəətini ölkəyə cəlb etmək və innovativ mühit yaratmaq məqsədini bir daha nümayiş etdirməklə yanaşı, 2025-ci ildə bu istiqamətdə işlərini daha da artıracağını proqnozlaşdırır.
“MyGroup Holding” olaraq məqsədimiz Azərbaycan iqtisadiyyatına dəstək olmaq və dövlətimiz üçün gələcəkdə daha da böyük işlər görməkdir. Şirkətimiz 2024-cü ildə Azərbaycan iqtisadiyyatına diqqətini yönəldərək mühüm yatırımlar etmişdir. “MyGroup Holding” ölkəmizdə inkişafı dəstəkləmək üçün BƏƏ-dən 10 milyon AZN cəlb edərək Azərbaycanın iqtisadi inkişaf yolunda yatırımlar həyata keçirmişdir.
Şirkətimiz əldə etdiyi qazancını Azərbaycanın yerli bazarına yenidən yatıraraq iqtisadiyyatımızın inkişafına, yeni iş yerlərinin yaradılmasına və yeniliklərin ölkəmizə gətirilməsinə dəstək olur. Bu yanaşma yalnız “MyGroup Holding”in strateji hədəflərinə çatmasına xidmət etmir, həm də ölkə iqtisadiyyatının güclənməsinə töhfə verir. “Dövlətimizə, vətənimizə sevgi inancımızın bir hissəsidir” prinsipi ilə hərəkət edən şirkətimiz, Azərbaycanda həyata keçirilən investisiyalar vasitəsilə infrastrukturun yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması və digər iqtisadi inkişaf layihələrini həyata keçirilməsinə önəm verməkdədi.
44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbəmiz nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunduqdan sonra, işğaldan azad edilmiş ərazilərdə böyük infrastruktur layihələrinin həyata keçirilməsi planlaşdırılır. İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialını dünyaya təqdim etməklə “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl iqtisadiyyat” konsepsiyası reallaşdırılır. Həmin ərazilərə xarici investisiyanı cəlb etmək, yeni iş yerləri yaratmaq və qabaqcıl texnoloji təcrübələrdən faydalanmaq ölkəmizin strateji hədəflərindən biridir. “MyGroup Holding”in gələcək inkişaf istiqaməti də daha geniş bazarlarda mövqeyini möhkəmləndirmək, müasir texnologiyalarla innovativ məhsul və xidmətlər təqdim etmək üzərində qurulacaqdır.
Gələcəkdə “MyGroup Holding”, xüsusilə texnologiya, enerji və infrastruktur sahələrində strateji yatırımlar etməyə davam edəcəkdir. Bu sahələrdəki inkişaf sayəsində həm yerli, həm də beynəlxalq bazarda müştəri bazasını genişləndirmək və rəqabət üstünlüyü yaratmaqla yanaşı, şirkət davamlı inkişafı təmin etmək üçün "yaşıl iqtisadiyyat" və dayanıqlı biznes modellərinə diqqət yetirəcəkdir. Bu yanaşma ilə şirkətimizin yeni layihələrdə iştirakı Azərbaycanımıza həm ekoloji, həm də iqtisadi cəhətdən uzunmüddətli faydalar verəcəkdir.
Holdinq eyni zamanda idmanın və gənclərin inkişafına böyük diqqət yetirir.
Məhz buna görə "Şəfa" futbol klubunu əldə edib və öz güləş klubu – MyWrestling-i yaradıb.
* “Şəfa” futbol klubu: “Şəfa” futbol klubu 2025-ci ildə əsas hədəf olaraq 2-ci liqanın çempionu olmağı müəyyənləşdirmişdir. Bunun üçün artıq bir neçə yeni transfer həyata keçirilib və tezliklə daha təcrübəli oyunçuların komandaya qoşulması gözlənilir. Komandanın tamamilə yenilənməsi, gənc istedadlara xüsusi diqqət yetirilməsi və peşəkarlığın artırılması prioritetdir. “Şəfa” həmçinin azarkeşlərlə sıx əlaqə yaradaraq Azərbaycanda futbolun inkişafına töhfə verməyə davam edəcəkdir.
* “MyWrestling”: Bakı və Gəncədə yeni təlim mərkəzlərinin təsis edilməsi planlaşdırılır. Bu mərkəzlərdə idmançılar beynəlxalq yarışlara, xüsusən də, Olimpiya Oyunlarına hazırlaşacaqlar. “MyWrestling” gənclərin fiziki inkişafını dəstəkləyən proqramlar vasitəsilə Azərbaycanın idman sahəsində daha güclü mövqe tutmağını hədəfləyir. “MyGroup Holding” xalqımızı sağlam həyat tərzinə təşviq etməyə və yeni iş yerlərinin yaradılmasına dəstək olaraq ölkəmizə fayda verməyə davam edəcəkdir.

Əsas hədəflər:
* MyShops elektronika mağazasının yeni filiallarının açılması: 2025-ci ildə mağaza sayını 10-a çatdırmaq nəzərdə tutulur. Eyni zamanda, “MyCars” avtomobil salonunun açılması planlaşdırılır. Qeyd edək ki, sözügedən avtomobil salonu hazırda onlayn formatda fəaliyyət göstərir.
* Tikinti və rəqəmsal texnologiyalar: Tikinti sektoruna yatırımlar və AI (Süni İntellekt) texnologiyalarına üstünlük verilməsi əsas prioritetlərdəndir.
* Gənclərin inkişafı: İnformasiya Texnologiyaları və Süni İntellekt sahələrində gəncləri inkişaf etdirmək və onların düzgün formalaşmasını təmin etmək “MyGroup Holding”in əsas missiyalarından biridir. Həmçinin gənclərin idman və təhsil sahələrində dəstəklənməsi və dünya arenalarında Azərbaycan bayrağının yüksəlməsi üçün şərait yaradılacaqdır.
* Peşəkar kadrların yetişdirilməsi: Xaricdə təhsil alan və beynəlxalq sertifikatlarla təmin edilən mütəxəssislərin yetişdirilməsi üçün vasitəçilik ediləcəkdir.
* Milli strategiyaya dəstək: “MyGroup Holding” möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəyyən etdiyi strategiyalara dəstək olmaq və bu çərçivədə dövlətin inkişafına töhfə verməyi məqsəd olaraq qarşısına qoymuşdur.
Əsas məqsəd xarici investisiyaları Azərbaycana cəlb etmək, yeniliklər gətirmək və dövlətimizin beynəlxalq səviyyədə mövqeyini gücləndirməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 14 saat əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
-
1 gün əvvəl
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
-
1 gün əvvəl
PAŞA Bank “Nargis” Fondunun Qurban bayramı xeyriyyə aksiyasını dəstəkləyib
-
1 gün əvvəl
Bank of Baku-dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Ən çox oxunanlar
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın bir sıra maliyyə göstəriciləri pisləşib
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ





















.jpg)
