Norm şirkəti tərəfindən beton zavodlarının inşasına başlanıldı
Zavodlar 2025-ci ilin aprel ayından istehsala başlayacaq.Balaxanı qəsəbəsində “Norm” ASC-yə məxsus 2 yeni beton zavodunun təməli qoyulub.
“Norm” ASC-dən Marja-ya verilən məlumata görə, zavodlar 2025-ci ilin aprel ayından istehsala başlayacaq. Hər birinin istehsal gücü saatda 120 m3 beton təşkil edən bu zavodlar müasir texnika və avadanlıqla təchiz edilib və burada ən son texnologiyalarla əmtəə betonunun istehsalı nəzərdə tutulur.
Şirkət tərəfindən üçüncü beton zavodunun Qarabağ bölgəsində inşası həyata keçiriləcək. Bu zavodun da istehsal gücü saatda 120 m3 beton təşkil edəcək. Müəssisələrdə 80-ə yaxın işçi fəaliyyət göstərəcək.
Beton zavodlarının işə düşməsi inşaat şirkətlərinə bir çox mühüm dövlət satınalmaları vasitəsilə həyata keçirilən, eləcə də özəl inşaat layihələrində beton tələbatının vaxtında və səmərəli qarşılanması üçün stabil təchizat imkanı təqdim edəcək.
Norm Beton zavodlarında betonun təkrar edilməsi üçün xüsusi avadanlıq quraşdırılacaq. Bu avadanlıq vasitəsilə istehsal prosesində, betondaşıyan maşınların yuyulması zamanı, eləcə də tikinti sahəsində artıq qalan betonu xüsusi mexanizmlə təkrar emal etmək və tərkibindəki komponentləri beton istehsalında yenidən istifadə etmək mümkün olacaq. Bu da öz növbəsində, resursların səmərəli istifadə olunmasına və ətraf mühitə təsirin minimuma endirilməsinə şərait yaradacaq.
Qeyd edilib ki, sənaye sahəsində ölkənin böyük istehsal müəssisəsi olaraq, bazara daxil olduğu vaxtdan etibarən “Norm” ASC-nin kommersiya strategiyasının əsasında inşaat sektorunda yeni biznes subyektlərinin yaradılması, inkişaf etdirilməsi və inşaat sənayesi üçün təhlükəsiz materialların istehsalı dayanırdı. Yüksək standartlarla sement istehsalından sonra eyni yanaşma ilə əmtəə betonu istehsalında da fəaliyyətə başlamağı şirkətə inşaat işlərinin keyfiyyətinə nəzarət etmək imkanı yaradacaq.
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 8 d. əvvəl
- 10 d. əvvəl
- 10 d. əvvəl
- 26 d. əvvəl
-
47 d. əvvəl
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
- 54 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
Ən çox oxunanlar
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir




















