İstənilən voltajda işləyir, itkisiz qaynaq edir
Əminliklə demək olar ki, qaynaq bu gün bəşəriyyətin inkişafının əsaslarından biridir. Və bu əsassız bir iddia deyil. Məhz bu proses sayəsində insanlar göydələnlər tikmək, mühəndis kommunikasiyaları qurmaq, sənaye və elmi inkişaf etdirmək imkanına malikdirlər.
Bu səbəbdən qaynaq işinin əsasını təşkil edən elektrodlar haqqında qısa məlumatı sizinlə bölüşmək qərarına gəldik.
Qaynaq elektrodları örtük tipinə görə 4 yerə bölünürlər:
1) Asit
2) Bazik
3) Rutil
4) Sellülozik
Günümüzdə ən çox istifadə olunan və daha geniş yayılan elektrod örtükləri – Bazik (postoyanka) və Rutil (peremenka) növ örtüklərdir.
Rutil örtüklü elektrodlar əsasən yüngül poladdan olan konstruksiyaların, metal karkasların, döymə məmulatlarının, kənd təsərrüfatı texnikalarının, qazanların, müxtəlif texnikaların şassilərinin qaynağında və onların təmirində istifadə olunur. Rutil örtüklü elektrodla həm sabit həm də dəyişən cərəyanla qaynaq etmək mümkündür.
Bazik örtüklü elektrod isə əsasən dinamik yüklərə məruz qalan körpülərin, iri polad konstruksiyaların, boru kəmərlərinin, çənlərin, təzyiq altında olan çənlərin, qazanların qaynağında, gəmiqayırmada və maşın istehsalında istifadə olunur. Bazik örtüklü elektrodla bir qayda olaraq sabit cərəyanla qaynaq edirlər.
Rəsmi distribyutoru olduğumuz "Magmaweld" brendinin təqdim etdiyi invertor tipli Monostick 165i (160 A) qaynaq aparatının istər Rutil (peremenka) istərsə də Bazik (postoyanka) örtüklü elektrodlar ilə istifadəsi mümkündür. Magmaweld Monostick 165i qaynaq aparatı aşağıdakı göstəricilərə sahibdir:
1. 1 Faz 110 - 230 V aralığında istənilən voltajda işləyir
2. Uzun şəbəkə və qaynaq kabelləri ilə performans itkisi olmadan qaynaq edir
3. Ventilyator ilə soyudulur və həddindən artıq isinməyə qarşı qoruması var
4. İstifadə oluna bilən elektrod diametri: 2.00 - 3.25 mm
5. Çəkisi: 7 kq
Yalnız sentyabr ayı ərzində Magmaweld Monostick 165i qaynaq aparatını hədiyyə olaraq İtaliyanın "Telwin" şirkəti istehsalı olan Rutil, Bazik elektrod (2,5 mm) və Qaynaqçı maskası ilə birgə əldə edə bilərsiniz.
Kampaniyanın bitmə tarixi 30.09.2017.
Ünvan: Ziya Bünyadov 2075 , AZ1029, Bakı, Azərbaycan
Telefon: +994 50 291 12 49/ +994 12 447 00 44
Baku Steel Company ilə üzbəüz (Dərnəgül)
Müştərilərin xəbərləri
Dəyərli və təkrarolunmaz "Rolls-Royce Motor Cars Baku" "Bespoke" fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 4 d. əvvəl
- 9 d. əvvəl
- 21 d. əvvəl
-
42 d. əvvəl
Avropa bankı növbəti dəfə Bank Respublika-nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi
-
46 d. əvvəl
Ağ Şəhərdə endirim və bonus imkanı verən yeni kart hazırlanır
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Star4" "Marsol Expo 2026"da bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Avropa bankı növbəti dəfə Bank Respublika-nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi
ABB-dən İslam bankçılığı çərçivəsində yeni məhsul
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Qızılın qiyməti 4200 dollar/unsiyadan da aşağı düşdü
"Star4" "Marsol Expo 2026"da bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 3 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb




















