Pakistan hökuməti SOCAR ilə LNG tədarükünə dair sazişin müddətini uzadıb
Pakistan Nazirlər Kabinetinin İqtisadi Koordinasiya Komitəsi (ECC) “Pakistan LNG Limited” və “SOCAR Trading” şirkətləri arasında mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə dair çərçivə sazişinin daha üç il müddətinə uzadılmasını təsdiqləyib.
Pakistan mətbuatı xəbər verir ki, 2023-cü ildə imzalanmış saziş “Pakistan LNG Limited”ə ehtiyac yarandığı halda “take-or-pay” prinsipi üzrə öhdəlik olmadan ayda bir LNG yükü almağa imkan verir.
Sazişin müddətinin uzadılması Pakistanın mövsümi tələbatdan asılı olaraq çevik şərtlərlə LNG satınalmaları strategiyasına uyğundur ki, bu da ölkənin enerji sektorunun iqtisadi səmərəliliyini artırmağa kömək edəcək.
Xatırladaq ki, 2007-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) marketinq bölməsi kimi əsası qoyulan “SOCAR Trading” 2017-ci ildən LNG və təbii qaz ticarətini fəal şəkildə inkişaf etdirir. 2021-ci ildə şirkət karbon kvotalarının ticarəti platformasını işə salıb.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 19 saat sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
Ən çox oxunanlar
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb





.jpg)
.jpg)








.jpg)




