"Ziraat Lizinq" fəaliyyətə başlayıb
Türkiyənin Bank Tənzimləmə və Nəzarət Agentliyindən (BDDK) fəaliyyət icazəsi alan "Ziraat Lizinq" (Ziraat Leasing) fəaliyyətə başlayıb.
Marja.az "Ziraat Bankası"nın (Ziraat Bank) açıqlamasına istinadən xəbər verir ki, Ziraat Maliyyə Qrupu, real sektorun maliyyə ehtiyaclarını effektiv şəkildə qarşılamaq, Türkiyənin sənaye, ticarət və kənd təsərrüfatı sahələrində inkişafına dəstək olmaq üçün qrupun yeni üzvü "Ziraat Lizinq" ilə maliyyə xidmətlərini şaxələndirməyə və inkişaf etdirməyə davam edir.
Açıqlamada mövzu ilə bağlı fikirlərini bölüşən "Ziraat Bank"ın baş direktoru Alpaslan Çakar, Türkiyədə maliyyə lizinqi sektorunda hələ də ciddi artım potensialının olduğuna inandıqlarını və bu sahədə atılacaq əlavə addımların olduğunu bildirib.
Çakar, "Ziraat Lizinq, Ziraat Bankının korporativ təcrübəsi və geniş yerli və beynəlxalq filial şəbəkəsi ilə birlikdə real sektorun maliyyə ehtiyaclarını sərfəli şərtlər və geniş çeşiddə məhsullarla qarşılayaraq investisiyaların artmasına dəstək verəcək" deyib.
"Ziraat Lizinq", istehsal və ixrac şirkətlərinin maşın və avadanlıqlara olan ehtiyaclarını maliyyə həlləri ilə qarşılayacaq.
Qeyd edək ki, Azərbaycanda "Ziraat Bankası"nın törəmə bankı olan "Ziraat Bank Azərbaycan" ASC fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
-
14 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
2 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





