"Bayer" 2,1 milyard dollar ödəməyə məhkum edildi
Almaniyanın əczaçılıq və kimya şirkəti Bayer ABŞ-da mübahisəli herbisid qlifosata görə iddiaçıya 2,1 milyard dollar ödəməyə məhkum edilib.Almaniyanın əczaçılıq və kimya şirkəti "Bayer", qlifosat tərkibli pestisid olan "Roundup"ın xərçəngin inkişafında əsas faktor olduğunu iddia edənlərin ABŞ-da açdıqları məhkəmə iddialarını uduzmaqda davam edir.
Marja.az xəbər verir ki, Corciya məhkəməsinin heyəti "Bayer"ə alaq otlarının "qatili" olan "Roundup"ın xərçəngə səbəb olması daxil olmaqla zərərli olduğunu iddia edən iddiaçıya 2,1 milyard dollar ödəməyi əmr edib.
Həmçinin məhkəmə müəyyən edib ki, "Bayer" "Roundup"dan istifadənin potensial risklərini adekvat şəkildə açıqlamayıb və iddiaçıları herbisidin təhlükələri barədə xəbərdar etmədiyinə görə məsuliyyət daşıyır.
2,1 milyard dollarlıq təzminat ABŞ-da qlifosat tərkibli pestisid "Roundup" ilə bağlı başlamış məhkəmələrdə indiyə qədər verilən ən yüksək təzminatlardan biridir.
Qərardan apellyasiya şikayəti veriləcək
"Bayer", qlifosat haqqında iddiaları rədd edərək, məhkəmənin qərarı ilə razılaşmadığını, çünki qərarın elmi sübutlara, tənzimləyici qurumların konsensusuna və bütün dünyada elmi qiymətləndirmələrə zidd olduğunu bildirib. Şirkət bütün digər işlərdə olduğu kimi Corciyada da son qərardan apellyasiya şikayəti verəcək.
Almaniya şirkəti onu da qeyd edib ki, yekun hökm çıxaran işlərdə təzminat məhkəmə heyətinin ilkin hökmləri ilə müqayisədə 90 faiz azalıb.
Qərardan sonra "Bayer"in səhmləri bu gün birjada dəyərinin 6 faizindən çoxunu itirib.
2018-ci ildə "Bayer" ABŞ-ın kənd təsərrüfatı şirkəti "Monsanto"nu 63 milyard dollara satın aldıqdan sonra, şirkət tərəfindən hazırlanmış qlifosat tərkibli pestisid "Roundup"ın xərçəngin inkişafında əhəmiyyətli faktor olduğunu iddia edənlər tərəfindən məhkəmələrdə qaldırılan iddialarda milyardlarla dollar cərimə və təzminat ödəməyə məhkum edilib.
"Bayer" qlifosatla bağlı iddiaları rədd etsə də, 2015-ci ildə Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) qlifosatı kanserogen kimi təsnif edib.
"Bayer" 2020-ci ildə ABŞ-da ona qarşı açılan iddialarda razılığa gəldiyini və iddiaçılara 10,9 milyard dollar ödənəcəyini açıqlayıb. Razılaşmaya baxmayaraq, şirkət hələ də "Roundup" ilə bağlı 60 mindən çox məhkəmə iddiası ilə üzləşib. Almaniya şirkəti sözügedən məhkəmə prosesləri üçün 5,9 milyard dollar hüquqi ehtiyat ayırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)





.jpg)









