“PASHA Bank Cup VII” yarışına start verildi
Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” tələbələrin, şagirdlərin və mütəxəssislərin bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlmiş təşəbbüslərini davam etdirir. Bank, İT sahəsində təhsil alan və çalışan bacarıqlı kadrları üzə çıxarmaq, eləcə də sözügedən sahənin inkişafına töhfə vermək məqsədilə sayca yeddinci olan “PASHA Bank Cup” yarışına start verib.
Texnologiya və maliyyə sahəsində yeniliklərə imza atmaq və əməkdaşlıqları gücləndirmək üçün təşkil olunan bu ənənəvi müsabiqədə iştirakçılar müxtəlif mövzularda biliklərini sınayacaq, yeni fundamental biliklər qazanacaq və bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər.
“Data strukturları və alqoritmləri” mövzusunu əhatə edən “PASHA Bank Cup VII” yarışı 2 təsnifat və 1 final mərhələsindən ibarət olacaq. Müsabiqəyə qatılmaq istəyən proqramçılara hər bir mərhələdən öncə mövzu, hazırlaşmaq üçün mənbə və vaxt veriləcək. Onlayn keçirilən təsnifat mərhələlərində ən çox bal toplayan iştirakçılar yarışın oflayn şəkildə keçiriləcək final mərhələsinə qatılacaq və "PASHA Bank Cup VII" kuboku uğrunda mübarizə aparacaq.
Hər yaş kateqoriyasında ilk üç yerin qalibləri “PAŞA Bank” tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılacaq. Ən əsası isə, yarış zamanı yüksək nəticələr göstərən iştirakçılar Bankda işləmək imkanı qazanacaqlar.
"PASHA Bank Cup VII" yarışının ilk təsnifat mərhələsi 19-21 aprel 2025-ci il tarixində onlayn formatda keçiriləcək. Bu mərhələnin mövzusu “Data strukturları, axtarış və sıralama alqoritmləri” olacaq. İştirakçılardan yarışa başladıqdan sonrakı 4 saat ərzində təqdim edilən 6 sualı bitirmək tələb olunacaq.
“Dinamik proqramlaşdırma və qraflar” mövzusunda olan ikinci təsnifat mərhələsi 3-5 may 2025-ci il tarixlərində keçiriləcək. Yarışın final mərhələsi 24 mayda Azərbaycan Texniki Universitetində baş tutacaq.
Seçim kategoriyalari haqqında daha ətraflı məlumatı müsabiqənin saytına (cup.pashabank.az) keçid edərək əldə etmək olar. Yarışa qoşulmaq üçün hər təsnifat mərhələsinin başladığı tarixdə həmin saytda, "PAŞA Bank"ın sosial şəbəkə platformalarında və rəsmi "Digital Engineering" adlı Telegram kanalında paylaşılacaq linkə keçid alıb imtahanda iştirak etməyiniz kifayətdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























