Fitch: Tariflər ABŞ-ın tənəzzül risklərini artırır
Güman edilir ki, tariflər ABŞ-da tənəzzül risklərini əhəmiyyətli dərəcədə artıracaq və gözlənilən qiymət şoklarını nəzərə alaraq ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini daha da aşağı salmaq qabiliyyətini məhdudlaşdıracaq, - Fitch Ratings bildirib.Qlobal kredit reytinqi agentliyi Fitch Ratings, ABŞ-ın tariflərinin (gömrük rüsumlarının) maliyyə təsirinin qarışıq olduğunu və əsas problemləri həll etməyəcəyini açıqlayıb.
Marja.az-ın məlumatına görə, Fitch-in açıqlamasında deyilir ki, tarif gəlirləri (gömrük rüsumu daxilolmaları) ABŞ-ın 2025-ci ildə büdcə kəsirini azaltmağa kömək edəcək, lakin iqtisadi artıma vurulan zərbə və əlavə vergi endirimləri uzunmüddətli fiskal faydaları məhdudlaşdıracaq.
Fitch bildirib ki, uzunmüddətli xərcləmə təzyiqləri aradan qaldırılmasa, ABŞ-ın borcunun ÜDM-ə nisbətini sabitləşdirmək çətin olacaq.
Açıqlamada aprelin 2-də açıqlanan qarşılıqlı tariflər ilə ABŞ-ın effektiv tarif dərəcəsinin təxminən 25%-ə yüksəldiyi xatırladılıb və qeyd edilib ki, daha yüksək effektiv tarif dərəcəsi digər şərtlər sabit qaldıqda gəlirin daha çox artması deməkdir.
“Faiz dərəcələrini azaltmaq imkanları məhdudlaşdırıla bilər”
“Lakin biz hesab edirik ki, tariflər ABŞ-ın tənəzzül risklərini əhəmiyyətli dərəcədə artırır və FED-in əlavə tariflərin qiymətlərə gözlənilən şoku (inflyasiyanın artmasını) nəzərə alaraq faiz dərəcələrini daha da azaltmaq imkanını məhdudlaşdırır”, - deyə açıqlamada bildirilir.
Açıqlamada daha kəskin iqtisadi yavaşlamanın qeyri-tarif gəlirlərinə ciddi təzyiq göstərəcəyi, xərcləri artıracağı və bu təsirlərin tariflərdən qaynaqlanan gəlirlərin birdən-birə artımını gecikdirəcəyi, maliyyə bazarındakı volatillikdən irəli gələn mənfi təsirlərlə birlikdə 2026-cı ilə qədər özünü büruzə verəcəyi qeyd edilib.
Tənəzzül (ressesiya) və ya durğunluq iqtisadi fəaliyyətdə azalmadır. Tənəzzül - ölkənin iqtisadi fəaliyyətinin ən azı 6 ay ərzində orta səviyyədə azalması, nəticədə real ümumi daxili məhsulun azalması mərhələsidir. İqtisadiyyatda geriləmə orta deyil, şiddətlidirsə, buna depressiya deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
13 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)








