Oğuzda ilk dəfə keçirildi, turistlər böyük maraqla qarşıladı
Əsrarəngiz təbiəti ilə seçilən Oğuz rayonu şəfaverici bitkiləri, dərman otları ilə zəngin olan bölgələrimizdəndir. Rayonun florası insan sağlamlığı üçün əhəmiyyətli rol oynayan zəngin bitki aləminə malikdir.
Məhz bu özəllikləri nəzərə alaraq Oğuz Rayon İcra Hakimiyyətinin və Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə rayonda ilk dəfə olaraq “Şəfa” bayramı keçirilib. Şəhər istirahət parkında təşkil edilən bayram tədbirində Oğuzun, eləcə də qonşu Şəki, Qax, Zaqatala və Balakən rayonlarının meşələrində, dağlarında, düzənlik ərazilərində bitən dərman otları, şəfaverici bitkilər, həmçinin müalicəvi mineral sular, tərəvəz məhsulları, ev şəraitində hazırlanmış mürəbbə və şirələr nümayiş etdirilib.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Naxçıvanski və Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalova çıxış edərək, ilk dəfə təşkil edilən “Şəfa” bayramının əhəmiyyətindən danışıblar.
Bayramda iştirak edən rayonların təqdim etdikləri sərgilərdə nümayiş etdirilən kəklikotu, yemişan, gülxətmi, itburnu, cökə çiçəyi, çaytikanı, dağ nanəsi, sumax, zəfəran və digər şəfalı bitkilər, meyvə və giləmeyvələr bayram iştirakçıları, rayona gələn qonaqlar və turistlər tərəfindən böyük maraqla qarşılanıb.
“Şəfa” bayramının ənənəvi olaraq hər il keçirilməsi nəzərdə tutulur.
© Azərtac
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 13 saat sonra
-
-
3 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
4 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
4 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
4 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb

























