Azercell-in dəstək verdiyi “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi keçirildi
(®) 5 aprel tarixində Azercell-in dəstəyi ilə həyata keçirilən “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi baş tutub.
ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən yarışmanın yekun mərhələsi ADA Universitetində keçirilib. Müsabiqə tələbələrdə biznes analitikası, strategiya qurulması və maliyyə təhlili sahəsində bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlib.
İştirakçılar Harvard Business Review-nun real biznes problemlərinə əsaslanan tapşırıqlar üzərində işləyiblər. Müsabiqənin final mərhələsində yarışmaya vəsiqə qazanmış 4 komanda hazırladıqları biznes həllərini münsiflər heyətinə təqdim ediblər. Qiymətləndirmə nəticəsində birinci yerin qalibi Team 16 (ADA Universiteti) komandası elan edilib. İkinci yerin sahibi Team 20 (Azərbaycan Dövlət İqtisad Universiteti), üçüncü yerə isə Team 14 (Azərbaycan Dövlət İqtisad Universiteti) layiq görülüb. Qalib komandalar müvafiq olaraq 8000 AZN, 4000 AZN və 2000 AZN məbləğində pul mükafatları ilə təltif olunublar.
Qeyd edək ki, layihəyə yanvar ayında start verilib və ümumilikdə 91 komanda qeydiyyatdan keçib. Müsahibə mərhələsindən uğurla keçən 26 komanda Biznes Akademiyası və ABCC sessiyalarında iştirak etmiş, onlardan 16-sı yarımfinal mərhələsinə vəsiqə qazanmışdır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















