AZAL Qurban bayramına özəl uçuşların sayını artırır
Əlavə uçuşlar Bakıdan İstanbula, Antalyaya və Dubaya planlaşdırılıb.Azərbaycanın milli aviadaşıyıcısı AZAL Qurban bayramı münasibətilə artan sərnişin tələbatını nəzərə alaraq bir neçə məşhur istiqamətdə əlavə reyslər həyata keçirəcək.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, əlavə uçuşlar Bakıdan İstanbula, Antalyaya və Dubaya planlaşdırılıb.
Belə ki, AZAL Bakıdan İstanbula iyun ayının 5-i, 6-sı, 8-i, Antalyaya iyunun 6-dan 12-nə kimi hər gün, Dubaya isə iyunun 4-ü, 5-i, 8-i və 9-u tarixlərində əlavə reys yerinə yetirəcək. Sözügedən şəhərlərə uçuşların artırılması sərnişinlərə bayram günlərində daha rahat səyahət imkanı yaratmaq məqsədini daşıyır.
AZAL Qurban bayramı dönəmində səyahət etməyi planlaşdıran bütün sərnişinlərə biletləri əvvəlcədən almağı tövsiyə edir.
Aviabiletləri rəsm AZAL-ın saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 9 d. əvvəl
-
- 23 d. əvvəl
- 26 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti
























