"Bank sektorunda kifayət qədər böyük ədalətsizlik var idi"
"Kredit faizlərinin artması əsasən bazarda faizlərin artması ilə əlaqədardır. Bazar faizlərinin də artmasına səbəb olaraq sərbəst likvidlik çıxış edir. Likvidlik niyə görə səbəb olmuşdur?! Çünki hökumət hesablarının qalıqlarının artmasına hesabına. Hökumət hesablarında vəsait yığılır, bunun nəticəsində bazarda likvidlik azalır və likvidlik az olduğu şəraitdə də faizlər artır. Birinci səbəb bu olmuşdur. İkincisi artıq bankların pusluz (havayı - red) manat vəsaitləri yoxdur. Mərkəzi Bankın apardığı islahatlar nəticəsində, sistemdə olan hər bir manatın dəyəri var. Siz bu gün evdə pul saxlayırsınız, potensial olaraq illik 8-9% itirirsiniz. Banka gətirsəniz, o faizləri qazana bilərsiniz".
Marja.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfranslnda Mərkəzi Bankın sədri Taleh kazımov bildirib.
Kazımov qeyd edib ki, evlərdə yastıqların altında olan vəsaitləri cəlb etmək üçün banklar depozit faizlərini qaldırdılar. Bu da Mərkəzi Bankın istəyi idi:
"Çünki bank sektorunda kifayət qədər böyük ədalətsizlik var idi. Böyük bankların depozit faizləri 5-6 fazi ətrafında idi, çünki onların havayı vəsaitləri (manatları) var idi - böyük şirkətlərin, dövlət vəsaitləri və s. Digər banklarda isə depozit faizləri 8-9 faiz civarında idi. Biz pul siyasətini həyata keçirdikdə, artıq həm böyük banklar arasında, həm də digər banklar arasında rəqabət başladı. Böyük banklar da faizlərini qaldırdılar və bazar faizləri balanslaşdı. Buna görə kredit fazilərində də cüzi artım olub. Bizim də istəyimiz odur ki, öhədliklər sahəsində, depozitlərin cəlb edilməsində, Manatın dəyərinin formalaşmasında banklar rəqabət etməyə başlasınlar. Pul siyatəmizin nəticəsində unikal əmanətçilərin sayında 41% artım olub. Onun 77%-i əmanət məbləği 30 min manata qədər olan əmanətçilərdir.
Mərkəzi Bankın sədri əlavə edib ki, artan faiz şəraitində ölkəmizdə kreditləşmə azalmayıb: "İllik müqayisədə cəmi kredit portfeli 18,7%, o cümlədən, biznes kreditləri portfeli 17%-dən çox, istehlak kreditləri portfeli 20%-dən çox artıb. Yəni kreditləşmə davam edir".
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
18 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb







.jpg)





.jpg)



.jpg)








