“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ötən həftə ABŞ və Çin arasında ticarət münasibətləri ilə bağlı ziddiyyətli siqnallar fonunda beynəlxalq birjalarda dolların qiyməti yüksəlir, qızılın qiyməti isə ucuzlaşır. ABŞ prezidenti Donald Tramp əvvəlki gün bəyan edib ki, onun administrasiyası Çinlə danışıqlar aparır.
Bundan başqa, Çin ABŞ istehsalı olan bəzi yarımkeçiricilərin idxalına tətbiq edilən cavab rüsumlarını tamamilə ləğv edib. Bu barədə “CNN” telekanalı təchizat zəncirləri sahəsində xidmət göstərən üç şirkətə istinadla məlumat yayıb. Dahan öncə isə Amerikanın ticarət naziri Hovard Latnik bəyan etmişdi ki, ABŞ müvəqqəti olaraq elektronika və yarımkeçirici avadanlıqların idxalını “güzgü rüsumlarından” azad edib.
Birjalarda qlobal ticarətdə gərginliyin azalacağı yöndə artan ümidlər fonunda Dollar İndeksi (DXY) 97.90 bənd həddindən dəstək alaraq 99.90 bənd həddinə kimi yüksəldi. Nəticədə, EURUSD və GBPUSD cütlükləri müvafiq olaraq, 1.13600 və 1.32960 hədlərinə qədər bahalaşıb. USDJPY USDCHF cütlükləri isə 143.540 və 0.82870 səviyyələrinə kimi bahalaşıb.
Bu həftə investorların diqqət mərkəzində yer alacaq əsas xəbər Amerikada açıqlanacaq əmək bazarı, xüsusilə də “NFP” hesabatıdır.
Cari həftə ərzində həmçinin, Almaniyada, Avrozonada və Avstraliyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi, İstehlak Qiymətləri İndeksi, ABŞ-da dərc olunacaq Şəxsi Xərclər İndeksi göstəriciləri, Almaniyadan, Avrozonadan, Amerikadan və Kanadadan ÜDM hesabatları birjaların yaxından izləyəcəkləri önəmli hadisələrdir. Eləcə də, Yaponiya Mərkəzi Bankının (BoJ) faiz qərarı, Amerikanın “JOLTS” Boş İşyerləri və Vakansiyalar Hesabatı, “Conferance Board” İstehlakçıların İnam İndeksi kimi vacib xəbərlər də bu həftənin iqtisadi xəbər təqvimində yer alırlar.
EUR
ABŞ və Çin arasında ticarət danışıqlarının başlanması haqda xəbərlər fonunda dolların valyuta birjalarında möhkəmlənməsi EURUSD məzənnəsinin 1.15730 həddindən 1.13060 həddinə kimi ucuzlaşmasına səbəb oldu.
Hazırda 1.13790 hədlərində ticarət olunan məzənnədə ayılar qiyməti 1.13000 həddinin altına sala və orada saxlaya bilsələr, eniş tendensiyası daha kəskin xarakter ala bilər.
Qeyd etmək lazımdır ki, cari həftə Avriozonada və Almaniyada dərc olunacaq inflyasiya və ÜDM hesabatları avronun valyuta birjalarında qiymətlərinə yön verə bilər.
GBP
Ötən həftənin sonu 1.34230 həddinə kimi bahalaşan GBPUSD valyuta cütlüyü, cari həftəni DXY-dakı yüksəliş fonunda kəskin ucuzlaşmış və ötən həftəni 1.32330 səviyyəsində tamamladı. Hazırda 1.33130 səviiyəsində ticarət olunan məzənnədə 1.32330 həddi aşağıya doğru qırılsa, eniş tendensiyası daha da dərinləşə bilər.
XAU/USD
Qızıl 3500$-a kimi bahalaşaraq tarixi rekor həddini yenilədikdən sonra, ötən həftə ərzində kəskin ucuzlaşdı və 3260$ həddini test etdi. Hazırda 3298$-dan təklif olunan “sarı metal”ın qiyməti 3260$ həddini altına düşsə, eniş tendensiyası daha kəskin xarakter ala bilər. Mümkün eniş ssenarisində qarşıda duran əsas psixoloji hədlər kimi 3200$ və 3060$ hədləri çıxış edir.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
10 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
















.jpg)



