PAŞA Kapital “ZİRVƏ” idarəçilik marafonunun sponsoru oldu
(®) 06 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkilatçılığı və ölkəmizin lider investisiya şirkəti PAŞA Kapital İnvestisiya Şirkətinin sponsorluğu ilə həyata keçirilən “ZİRVƏ – Zəfər İdarəçisinin Rəhbərlik Vizyonu və Ənənələri” idarəçilik marafonunun rəsmi açılış mərasimi keçirilib.
Layihənin açılış mərasimində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov çıxış ediblər.
“ZİRVƏ” idarəçilik marafonunun əsas məqsədi Ali Baş Komandan cənab İlham Əliyevin zəfər siyasətinin idarəetmə və liderlik sahəsində tətbiqinin geniş müzakirəsi, həmçinin tarixi yenidən yazan bu siyasətdən ilham alan gənc liderlərin, işgüzar şəxslərin bilik və bacarıqlarını artırmaqdır.
“İdarəetmədə yeni çağırışlar” mövzusunda keçirilən panel müzakirəsində spiker qismində iştirak edən PAŞA Kapital İnvestisiya Şirkətinin direktoru Ceyhun Hacıyev, müasir dövrdə maliyyə liderlərinin qarşılaşdığı sınaqlar, rəqəmsallaşma və süni intellektin maliyyə sektoruna təsirinə dair fikirlərini bildirib, öz təcrübələrini paylaşıb.
06 may – 06 iyul tarixləri arasında davam edəcək marafon çərçivəsində dövlət və özəl sektoru təmsil edən 150 rəhbər şəxsin iştirakı ilə aşağıdakı fəaliyyətlərin icrası nəzərdə tutulub:
Dövlət rəsmiləri ilə təcrübə mübadiləsi görüşləri;
“İdarəetmədə innovativ liderlik bacarıqları” mövzusunda təlimlər;
“ASAN xidmət” modeli ilə tanışlıq tədbirləri;
İşğaldan azad edilmiş ərazilərə infoturlar.
Eyni zamanda qeyd edək ki, layihənin yekun mərhələsində iştirakçıların təəssüratlarını əks etdirən “Təəssüratlar toplusu” adlı onlayn kitab nəşr olunacaq.
PAŞA Kapital İnvestisiya Şirkəti haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 45 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib


























