Mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti açıqlanıb

Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsinin yanvar-iyun ayları ərzində icra vəziyyəti açıqlanıb.
Sənəddə əsas hədəflər kimi uyğun qiymətə mənzil təminatının layihələndirilməsi və həyata keçirilməsi üçün Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) müəyyən strategiya və hədəflərə əsaslanan səlahiyyətlərin verilməsi, uyğun qiymətə mənzil bazarının fəaliyyətinə əlverişli şərait yaradan əsas mexanizmlərin həyata keçirilməsi göstərilib.
Ümumi nəticəyə nəzər saldıqda məlum olur ki, cari ilin ilk yarısında nəzərdə tutulmuş tədbirlərin 24%-i icra olunub, 65%-nin icrasına başlanılıb, 12%-nin isə icrasına başlanılmayıb.
Hədəflərə gəlincə, uyğun qiymətə mənzil təminatının layihələndirilməsi və həyata keçirilməsi üçün MİDA-ya müəyyən strategiya və hədəflərə əsaslanan səlahiyyətlərin verilməsinin 20%-i icra olunub, 80%-nin icrasına başlanılıb. Bundan başqa, uyğun qiymətə mənzil bazarının fəaliyyətinə əlverişli şərait yaradan əsas mexanizmlərin həyata keçirilməsinin 25%-i icra olunub, 58%-nin icrasına başlanılıb, 17%-nin icrasına başlanılmayıb.
Əsas icraçı qurumların performansı isə aşağıdakı kimidir:
Qurumun adı | Performansı (faizlə) | Məsul olduqları tədbirlərin sayı |
MİDA | 50% | 10 |
İqtisadiyyat Nazirliyi | 40% | 3 |
Ədliyyə Nazirliyi | 40% | 1 |
"Azərbaycan İpoteka Fondu" ASC | 40% | 1 |
"Azərbaycan İnvestisiya Şirkəti" ASC | 40% | 1 |
Prezident yanında Strateji Araşdırmalar Mərkəzi | 40% | 1 |
Ümumilikdə, Strateji Yol Xəritəsində əksini tapmış prioritetlərin icra vəziyyəti ilə bağlı ilin ilk yarısında 56%-lik proqres müşahidə olunub.
Görülmüş işlər barədə qısa məlumat:
Azərbaycan prezidentinin iştirakı ilə 2016-cı il 24 dekabr tarixində MİDA-nın birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimi keçirilib. Yasamal Yaşayış Kompleksi 11,5 ha olmaqla, bu ərazidə 29 çoxmənzilli yaşayış binasının tikintisi nəzərdə tutulub. Bu binalardakı 1843 mənzildən 324-ü birotaqlı, 1052-si ikiotaqlı, 467-si isə üçotaqlı olacaq. Kompleksin ərazisində bir sıra sosial obyektlərin, o cümlədən 240 yerlik uşaq bağçasının və 960 şagirdlik orta təhsil məktəbinin tikintisi nəzərdə tutulub.
Əhalinin yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi məqsədilə güzəştli mənzil tikintisinin həyata keçirilməsi üçün Nazirlər Kabinetinin 2017-ci il 22 fevral tarixli sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha torpaq sahəsi "MİDA" MMC-nin sərəncamına verilib. Hövsan layihəsi üzrə işlər başlanılıb.
Bununla yanaşı, 2017-ci il 30 may tarixindən etibarən "Güzəştli mənzil" sistemi "Elektron hökumət" portalında fəaliyyətə başlayıb. Bu sistem vasitəsilə müraciətlərin qəbulu həm "Elektron hökumət" portalı üzərindən, həm də 1, 3 və 5 saylı "ASAN xidmət" mərkəzlərində və Sumqayıt "ASAN xidmət" mərkəzində həyata keçirilir. Fəaliyyətə başladığı gündən 2017-ci il iyun tarixinədək bu sistem vasitəsilə 5283 müraciət qəbul edilib, 4839 nəfərin mənzil əldə etmək hüququ təsdiqlənərək həmin şəxslər üçün elektron kabinetin yaradılması təmin edilib.
Əsas problemlər:
- Mənzil tikintisi proqnozunun alternativ maliyyələşdirmə mənbələri hesabına hazırlanması üzrə araşdırmalar aparılmayıb;
- Dövlət tərəfindən maliyyələşmənin minimuma endirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə iş aparılmayıb.
Tövsiyələr:
- Mənzil tikintisi proqnozunun hazırlanması məqsədilə donor təşkilatlar vasitəsilə maliyyələşdirmə imkanlarından istifadə edilə bilər;
- Dövlət tərəfindən maliyyələşmənin minimuma endirilməsi ilə bağlı tədbirlər planı hazırlana və təsdiqlənə bilər.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
AFB Bank biznes müştəriləri üçün “Qazanclı Başlanğıc” kampaniyasını təqdim edir
-
1 saat əvvəl
"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı
- 1 saat əvvəl
-
1 saat əvvəl
AZAL yeni təyyarə aldı - Təyyarədə sürətli internet xidməti var
-
2 saat əvvəl
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
2 saat əvvəl
Beynəlxalq reytinq agentliyindən Azərbaycan bankının vəziyyəti üçün "sabit" proqnoz
-
3 saat əvvəl
Nazirlər Kabinetindən balıqartırma zavodları və balıq şərkətilə bağlı qərar
-
3 saat əvvəl
Gömrük anbarlarında saxlancla bağlı xidmətlərin qiymətini dövlət tənzimləməyəcək
-
3 saat əvvəl
"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"
Son Xəbərlər

“Bakı Fintex Forumu 2025” keçiriləcəlk

"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı

Sentyabrın 20-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar

"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"

“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi

Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Unibankın müəllimlər üçün kredit kampaniyası davam edir

Azərbaycan neftinin son qiyməti

Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib
