"Ziraat Bank Azərbaycan" şəhid övladları üçün təşkil olunan layihənin mərhələsinə sponsorluq edib
Daima korporativ sosial məsuliyyət layihələrində fəal iştirak edən Ziraat Bank Azərbaycan, 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində şəhid övladlarının bilik və bacarıqlarının inkişafına yönəlmiş "Bilimdən Zəfərə" layihəsinin Gəncə mərhələsinə sponsorluq edib.
Ziraat Bank Azərbaycanın korporativ sosial məsuliyyət çərçivəsində dəstəklədiyi bu layihə, “YAŞAT” Fondu, “ASAN xidmət”in, "İnnovasiyalar Mərkəzi" və “Bilim Bakı” mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Layihənin icrası Gəncə Şəhər İcra Hakimiyyəti, Göygöl Rayon İcra Hakimiyyəti, “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə gerçəkləşdirilib.
Layihə çərçivəsində Gəncə şəhəri, Göygöl, Daşkəsən və Samux rayonlarından olan 6-14 yaş arası 90-dan çox şəhid övladı üçün müxtəlif sahələrdə- riyaziyyat, təbiət elmləri, dizayn, texnologiya və astronomiya sahələrində interaktiv təlimlər və ustad dərsləri təşkil olunub. Uşaqlar həmçinin qrup şəklində oyunlar, texnolojı praktiki məşğələlər və yaradıcı fəaliyyətlərdə iştirak ediblər.
Bankın sponsorluğu ilə 24 may tarixində həyata keçirilən “Bilimdən Zəfərə” layihəsinin əsas məqsədi şəhid övladlarının bilik və bacarıqlarını artırmaqla yanaşı, onlarda elmə maraq yaratmaq, özlərinə olan inamı gücləndirmək və onların cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.
Tədbirin sonunda iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “Bilimdən Zəfərə” layihəsi “YAŞAT” Fondu tərəfindən bir neçə regionda uğurla həyata keçirilib və yüzlərlə şəhid övladını əhatə edib. Gəncə mərhələsi isə layihənin coğrafiyasını genişləndirərək daha çox uşağın həyatına müsbət təsir göstərməyi hədəfləyir.
"Ziraat Bank Azərbaycan" ASC, 161 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə və Sumqayıtda yerləşən 11 filialı, Quba şöbəsi və eləcə də rəqəmsal platformalar vasitəsilə təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
! Bu məlumat tərəfdaşlıq əsasında yayımlanır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























