PAŞA Kapital-dan 1 iyuna özəl “Hər bir uşaq üçün inklüziv dünya” adlı sosial layihə ®
PAŞA Kapital İnvestisiya Şirkəti 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Hər bir uşaq üçün inklüziv dünya” adlı sosial layihəni uğurla icra etdi.
Layihənin əsas məqsədi hər bir uşağın cəmiyyətə inteqrasiyasını, digər uşaqlarla birlikdə öyrənmə, əylənmə və inkişaf etmə hüquqlarını tanımaq və təmin etmək, eyni zamanda cəmiyyətdə inklüzivlik mədəniyyətinin inkişafına töhfə verməkdir.
Ümumilikdə 50 nəfərə yaxın – fiziki məhdudiyyətli, autizm və daun sindromlu, aztəminatlı ailələrdən, həmçinin internat məktəblərindən olan uşaqların iştirak etdiyi bu layihə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”, Sosial Xidmətlər Agentliyi və “Bilim Bakı” mərkəzinin tərəfdaşlığı əsasında həyata keçirildi.
Layihə iştirakçıları “Bilim Bakı” mərkəzinin müxtəlif – astronomiya, kosmos və aviasiya laboratoriyası, dizayn, riyaziyyat və texnologiya laboratoriyalarındakı imkanlardan faydalanaraq, birlikdə bacarıqlarını inkişaf etdirdilər, yeni təcrübə qazandılar, öz yaradıcı dünyalarını kəşf etdilər.
Layihənin rəsmi açılış mərasimində “İnnovasiyalar Mərkəzi”nin Kommunikasiya və Marketinq departamentinin direktoru Aysel Cəbrayılova, “PAŞA Kapital İnvestisiya Şirkəti”nin Marketinq Direktoru Gülşən Cumayeva, Sosial Xidmətlər Agentliyinin Stasionar Sosial Xidmətlərin Təşkili departamentinin müdiri Məftunə İsmayılova, “Bilim Bakı” mərkəzinin rəhbəri Ahmet Köse iştirak ediblər.
“PAŞA Kapital İnvestisiya Şirkəti”nin Marketinq Direktoru Gülşən Cumayeva, “Bu təşəbbüsümüzün əsas məqsədi hər bir uşağın sevgi, qayğı və bərabər hüquqlarla cəmiyyətimizə inteqrasiya olunmasına töhfə vermək, sosial inklüzivliyin təşviqinə dəstək olmaq və bu istiqamətdə dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinin xüsusi əhəmiyyətini vurğulamaq olub” deyə, qeyd edib.
PAŞA Kapital İnvestisiya Şirkəti haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 37 d. əvvəl
-
- 51 d. əvvəl
- 54 d. əvvəl
-
2 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti

























