ABB Qarabağ Universitetinin 50 tələbəsinə təqaüd ayıracaq
İyunun 2-də Xankəndidə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilib. Tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Qarabağ Dirçəliş Fondunun, Təhsilin İnkişafı Fondunun, Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqının, Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Forum çərçivəsində ABB ilə Təhsilin İnkişafı Fondu arasında təqaüd proqramına dair əməkdaşlıq sənədi imzalanıb. Anlaşmaya əsasən, Bank Qarabağ Universitetinin yüksək təhsil nailiyyətləri olan 50 tələbəsinə illik təqaüd verəcək. Təqaüd 2025–2026-cı tədris ilində Qarabağ Universitetinə qəbul olunaraq burada təhsil alan gənclərə ayrılacaq. Forum çərçivəsində “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ətrafında panel müzakirələri təşkil edilib. Panel müzakirələrindən biri də Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanlarına həsr olunub. Müzakirələrdə ABB-nin İdarə Heyəti sədrinin müavini Taleh Tahirli də çıxış edib. O, Qarabağ regionunda innovasiyalar və startap ekosisteminin inkişafı üçün birgə tərəfdaşlıq əsasında görülməli olan işlər barədə danışıb. ABB-nin təcrübələrini bölüşərək Bankın bu sahədə inkişaf proseslərinə verə biləcəyi töhfələri diqqətə çatdırıb. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.İyunun 2-də Xankəndidə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilib. Tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Qarabağ Dirçəliş Fondunun, Təhsilin İnkişafı Fondunun, Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqının, Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Forum çərçivəsində ABB ilə Təhsilin İnkişafı Fondu arasında təqaüd proqramına dair əməkdaşlıq sənədi imzalanıb. Anlaşmaya əsasən, Bank Qarabağ Universitetinin yüksək təhsil nailiyyətləri olan 50 tələbəsinə illik təqaüd verəcək.
Təqaüd 2025–2026-cı tədris ilində Qarabağ Universitetinə qəbul olunaraq burada təhsil alan gənclərə ayrılacaq.
Forum çərçivəsində “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ətrafında panel müzakirələri təşkil edilib. Panel müzakirələrindən biri də Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanlarına həsr olunub.
Müzakirələrdə ABB-nin İdarə Heyəti sədrinin müavini Taleh Tahirli də çıxış edib. O, Qarabağ regionunda innovasiyalar və startap ekosisteminin inkişafı üçün birgə tərəfdaşlıq əsasında görülməli olan işlər barədə danışıb. ABB-nin təcrübələrini bölüşərək Bankın bu sahədə inkişaf proseslərinə verə biləcəyi töhfələri diqqətə çatdırıb.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























