“Özbəkistan və Azərbaycan elektron ticarət platformasının yaradılması üzərində işləyir”
Özbəkistan və Azərbaycan iki ölkə arasında B2B və B2C səviyyələrində müqavilələrin bağlanmasına imkan verəcək elektron ticarət platformasının yaradılması üzərində işləyir.
Bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirinin müavini Xurram Teşabayev IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Azərbaycan – Özbəkistan: İqtisadi tərəfdaşlıq vektoru" panel sessiyasında bildirib.
Onun sözlərinə görə, hazırda Özbəkistan və Azərbaycan arasında ticarət dövriyyəsinin davamlı inkişafı və sabit artımı müşahidə olunur - son beş ildə bu göstərici 2 dəfə artıb.
"Cari ilin ilk 4 ayında Özbəkistanın statistikasına görə 40 % artım qeydə alınıb. Müsbət dinamika mövcuddur. İqtisadiyyatlarımızın potensialı ticarət dövriyyəsini 1 milyard ABŞ dollarına çatdırmağa imkan verir. Buna görə də biz həcmlərin iqtisadi artım templərinə uyğun olması üçün artırılması istiqamətində işləməliyik", - X.Teşabayev bildirib.
Nazir müavini Azərbaycandan Özbəkistana nəqliyyat vasitələri, tekstil məhsulları, mexaniki və texniki avadanlıqların ixracının artırılması üzərində işləməyə hazır olduqlarını vurğulayıb: "Bunun üçün biz çox sıx qarşılıqlı əlaqədə işləyirik. Bütün bunların inkişafına imkan verəcək istiqamətlərdən biri müqavilələrin bağlanması üçün elektron ticarət platformasının yaradılmasıdır".
Nazir müavini həmçinin ümid edir ki, biznes missiyalarının sayının artacaq: "Birgə layihələrin dəyəri 2,2 milyard ABŞ dollarından çoxdur. Yaşayış komplekslərinin və hotellərin tikintisi uğurla həyata keçirilir. Özbəkistan biznesi Azərbaycanda investisiya layihələrinin həyata keçirilməsində, o cümlədən pambıq klasterinin yaradılmasında, Hacıqabulda avtomobil istehsalının genişləndirilməsində fəal iştirak edir. Ölkələr arasında sənaye əməkdaşlığının inkişaf potensialı son dərəcə yüksəkdir. Hazırda Özbəkistan yeni layihələr paketi formalaşdırır. Tezliklə onu müzakirə üçün investisiya şirkətinə təqdim edəcəyik. Bundan sonra onların həyata keçirilməsi üçün tərəfdaşlar cəlb etməyə çalışacağıq".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 saat sonra
-
-
7 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
16 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 16 saat əvvəl
-
16 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
18 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"














.jpg)





