Tramp iki həftə ərzində ölkələrə tarif məktubları göndərəcəklərini açıqlayıb
ABŞ prezidenti Donald Tramp təqribən iki həftə ərzində ölkələrə tarif dərəcələrini (gömrük rüsumları - red) ehtiva edən razılaşma məktubları göndərməyi planlaşdırdıqlarını açıqlayıb.
Marja xəbər verir ki, Tramp paytaxt Vaşinqtonda Kennedi Mərkəzinə daxil olarkən mətbuat mənsublarının suallarını cavablandırıb.
Ticarət danışıqları üçün son tarixi uzatmağı düşünüb-düşünmədiyi barədə suala Tramp belə cavab verib: “Mən istəyirəm, amma buna ehtiyacımız olacağını düşünmürəm”.
Çinlə "gözəl" bir müqavilə bağladıqlarını deyən Tramp, razılaşmadan çox məmnun olduqlarını və lazım olan hər şeyə sahib olduqlarını bildirib.
Daha əvvəl İngiltərə ilə ticarət müqaviləsi imzalandığını xatırladan Tramp, "Hazırda razılaşmalar baxımından çox yaxşı gedirik" deyib.
Tramp ölkələrə məktublar göndərəcəklərini deyib: "Budur müqavilə - qəbul edə də bilərsən, etməyə də. Məcburi deyil. Ölkələr ABŞ ilə ticarət aparmaq məcburiyyətində deyillər".
Bir çox ölkənin onlarla razılaşmaq istədiyini bildirən Tramp Yaponiya, Cənubi Koreya və bir çox başqa ölkə ilə danışıqlar apardıqlarını bildirib.
"Hazırda təxminən 15 ölkə ilə danışırıq, lakin bildiyiniz kimi, ümumilikdə 150-dən çox ölkə var və biz onların hamısı ilə danışa bilmərik. Beləliklə, təxminən bir həftə yarım, iki həftə ərzində bəzi ölkələrə məktublar göndərəcəyik və onlara razılaşmanın nədən ibarət olduğunu deyəcəyik", - Tramp bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 21 d. əvvəl
-
55 d. əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"























