“AzerGold”da qızıl sikkə və külçələrin geri alışı artıb - 244% ARTIM
“AzerGold” sikkə və külçələrin gerialışı üzrə müştərilərə 1.15 milyon manat ödəniş edib“AzerGold” QSC 2025-ci ilin yanvar-may aylarında ümumi çəkisi 85 unsiya olan qızıl sikkə və külçələrin gerialışı həyata keçirilib.
Şirkətin yaydığı məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 244% artım deməkdir. Gerialış əməliyyatları nəticəsində müştərilərə 459 min manat ödəniş edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 376% artımdan xəbər verir.
Bütün fəaliyyət dövri ərzində isə ümumi çəkisi 274.4 unsiya olan qiymətli məhsulların gerialışı həyata keçirilib, ödənişlərin ümumi məbləği 1.15 milyon manat təşkil edib. Ötən dövr ərzində geri alınmış məhsullarının 260.8 unsiya həcminin təkrar satışı həyata keçirilib və 1.23 milyon manat gəlir əldə edilib.
Qeyd edək ki, “AzerGold” tərəfindən satışa çıxarılan məhsulların gerialışı QSC-nin Bakı şəhərində yerləşən Satış və mübadilə mərkəzində həyata keçirilir. Gerialış üçün müştəri məhsulu, onun keyfiyyət sertifikatını təqdim edir. Satış və mübadilə mərkəzinin eksperti tərəfindən məhsul yoxlanıldıqdan sonra Mərkəzi Bankın gündəlik məzənnəsinə uyğun olaraq qızılın dəyərinə əlavə 2% qazancla müştəriyə ödəniş edilir.
Xatırladılıb ki, “AzerGold” QSC tərəfindən 2019-cu ildən qiymətli metalların pərakəndə satış bazarına Azərbaycanın milli-mədəni irsini əks etdirən müxtəlif dizaynlı sikkələr, eləcə də külçələr təqdim olunur. Məqsəd ölkəmizin mədəni dəyərlərinin təbliği ilə yanaşı, iqtisadi və investisiya potensialının genişləndirilməsi, qiymətli məhsulların ticarətində “kölgə iqtisadiyyatı”nın qarşısının alınmasına əlavə töhfə verməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)


.jpg)


