Türkiyəyə səfər edən turistlərin sayı azalıb
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, may ayında xarici ziyarətçilərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz azalaraq 5 milyon 37 min 447 nəfərə düşüb.2025-ci ilin may ayında Türkiyəyə turistlərin gəlişində azalma müşahidə olunub.
Marja.az Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına istinadən xəbər verir ki, may ayında Türkiyəyə gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz azalaraq 5 milyon 37 min 447 nəfər təşkil edib.
Yanvar-may dövründə (ilk 5 ayda) Türkiyəyə gələn turistlərin sayı ötən ilin eyni dövrü müqayisədə 1 faiz azalaraq 15,63 milyon nəfər qeydə alınıb.
Təkcə May ayında Türkiyəyəy ən çox turist göndərən ölkələr siyahısında Rusiya 14,79 faiz (745 min 174) ilə birinci, Almaniya 11,86 faiz (597 min 348) ilə ikinci, Böyük Britaniya isə 10,86 faiz (547 min 138) ilə üçüncü yeri tutub.
Yanvar-may dövründə ən çox turist göndərən ölkələr arasında 11,14% (1 milyon 740 min 455) ilə Almaniya birinci, Rusiya 11,02% (1 milyon 722 min 326) ilə ikinci, Böyük Britaniya 7,84% (1 milyon 224 min 950) ilə üçüncü olub.
Qeyd edək ki, Türkiyədə qiymətlər artdığı üçün turistlər daha çox Şərqi və Cənub-Şərqi Asiya ölkələrində istirahət etməyə üstünlük verirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 10 saat sonra
-
-
3 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
11 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
13 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"







.jpg)








.jpg)





