PAŞA Holding-in tələbələr üçün təşkil etdiyi “Əlaçı” təqaüd proqramının bağlanış tədbiri baş tutub
18 iyun 2025-ci il tarixində 2024-2025-ci tədris ilini əhatə edən və PAŞA Holding tərəfindən artıq üçüncü dəfə təşkil olunan “Əlaçı” proqramının bağlanış tədbiri keçirilib.
“Əlaçı” proqramı 3-cü və 4-cü kurs bakalavr tələbələrini əhatə edən və tələbələrin aylıq təqaüdlə təltif edilməsini nəzərdə tutan bir illik təqaüd proqramıdır.
2024-2025-ci tədris ili üzrə həyata keçirilən “Əlaçı” proqramı çərçivəsində tələbələr üçün onların peşəkar və fərdi inkişafına yönəlmiş tədbir və təlimlər təşkil olunub. Bu il proqrama müraciət edən tələbələrin ümumi sayı 2415-dən çox, proqrama seçilən tələbələrin sayı isə 110 nəfər təşkil etmişdir.
Layihə müddətində 3 aylıq şəxsi inkişaf marafonu, təlimlər, fərdi mentor dəstəyi, karyera simulyasiyası, şəbəkələşmə görüşləri və PAŞA Holding, eləcə də PAŞA Sığorta şirkətlərindən olan mütəxəssislərlə görüşlər də təşkil olunub. Bu tədbirlər tələbələrin həm yumşaq bacarıqlarının inkişafı, həm də karyera inkişafını əhatə edib.
Bundan əlavə, cari proqram müddətində “Əlaçı”lar üçün Sığortaçı məktəbi də təşkil edilib ki, bu məktəbə 20 tələbə seçilərək sığorta ilə bağlı təlimlərdə iştirak ediblər.
Bağlanış tədbiri zamanı rəsmi çıxışlar, təqdimatlar və sertifikatların təqdim olunması həyata keçirilib.
Qeyd edək ki, 2022-ci ildə gənc nəslin peşəkar inkişafına önəm verən və bu istiqamətdə müxtəlif layihələr həyata keçirən PAŞA Holding “Əlaçı” təqaüd proqramını tədqim edib. Təhsil mövzusu PAŞA Holding-in KSM strategiyasında mühüm yer tutur ki, bu istiqamətə “Əlaçı” proqramından əlavə, Təhsilə Doğru, Birincilər, Gələcəyini Qur və digər layihələr daxildir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























