Ziraat Bank Azərbaycanın aktivlərinin cəmi 1 milyard manatı keçdi
"Ziraat Bank Azərbaycan" 2025-ci ilin ikinci rübünü güclü maliyyə göstəriciləri ilə başa vurub.
"Ziraat Bank Azərbaycan"ın yaydığı press-relizdə bildirilir ki, Bankın aktivləri ötən ilin analojı dövrü ilə müqayisədə 38.2 % artım nümayiş etdirib. Bununla da, Bankın fəaliyyət göstərdiyi müddət ərzində aktivlərin cəmi ilk dəfə 1 milyard manat həddini keçib: "Bu göstərici Bankın bazardakı mövqeyini daha da möhkəmləndirməklə yanaşı, dayanıqlı və strateji böyüməsinin bariz nümunəsidir".
Real sektorun inkişafını daim dəstəkləyən Bankın biznes kreditləri portfeli də ötən ilin eyni dövrü ilə müqayisədə 44% artaraq 576 milyon manatı keçib: "Bu artım, Ziraat Bank Azərbaycanın ölkə iqtisadiyyatına verdiyi töhfənin davamlı xarakter daşıdığını göstərir. Qeyd edək ki, 2025-ci ilin əvvəlindən etibarən Bankın ümumi kredit portfeli 18.1 % artaraq 625.6 milyon manata çatıb".
Bankın depozit portfelində (banklar istisna olmaqla) də artım müşahidə edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Ziraat Bank Azərbaycanın depozit portfeli 27.6% artaraq 738 milyon manatı keçib. Bu da müştəri etibarının artmasının əsas göstəricilərindən biridir.
Bankın kapitalı da artmaqda davam edir. İlin əvvəlindən etibarən Ziraat Bank Azərbaycanın kapitalı 8.1% yüksələrək 144 milyon manatı keçib. 2025-ci ilin ikinci rübündə Bankın əməliyyat mənfəəti 15.9 milyon manat, xalis mənfəəti isə 10.1 milyon manat təşkil edib.
Bu göstəricilər, Ziraat Bank Azərbaycanın maliyyə dayanıqlığının və böyümə potensialının güclü olduğunu təsdiqləyir.
Ziraat Bank Azərbaycan ASC, Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli, 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində xidmət göstərən Bank, hazırda Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filial və Quba şəhərində yerləşən 1 şöbə ilə, həmçinin rəqəmsal platformalar üzərindən müştərilərə xidmət təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 16 saat əvvəl
-
17 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























