"Prime Cotton" bu il Beyləqanda taxıl yığımında rekord vurdu
Bu il Beyləqanda buğda məhsuldarlığı 59,15 sentner/hektar təşkil etmiş və bu göstərici şirkət üzrə ən yüksək nəticə olub."Prime Cotton" MMC 2025-ci ilin taxıl mövsümündə, xüsusilə Beyləqan rayonunda, şirkət tarixində rekord məhsuldarlıq əldə edərək, kənd təsərrüfatı sektorunda davamlı inkişaf strategiyasını bir daha nümayiş etdirib. Bu il Beyləqanda buğda məhsuldarlığı 59,15 sentner/hektar təşkil etmiş və bu göstərici şirkət üzrə ən yüksək nəticələrdən biri olub. Bu nailiyyət, ölkə üzrə buğda üzrə orta məhsuldarlıq göstəricisi olan 36,5 sentner/hektarı əhəmiyyətli dərəcədə üstələyib. "Prime Cotton" arpa üzrə də 32,91 sentner/hektar nəticə göstərərək, ölkə ortalaması olan 31,7 sentner/hektarı keçib.
"Prime Cotton"un son illərdə həm taxıl, həm də pambıq sahələrində məhsuldarlığı ildən-ilə artırması, strateji yanaşma və texnoloji yeniliklərin uğurlu tətbiqi ilə bağlıdır. 2024-cü ildə arpa üzrə orta məhsuldarlıq 22,23 sentner/hektar, buğda üzrə isə 36,91 sentner/hektar olduğu halda, 2025-ci ildə bu göstəricilər müvafiq olaraq 32,91 və 46,43 sentner/hektara qədər yüksəlib.
Şirkətin Baş icraçı direktoru Rövşən Mahmudov bu uğuru belə şərh edir: "Prime Cotton olaraq əsas fəaliyyət sahəmiz pambıqçılıq olsa da, biz rotasiya əkin sistemini tətbiq edərək torpaq münbitliyini və ümumi məhsuldarlığı qorumağı qarşımıza məqsəd qoymuşuq.
Son illərdə müasir texnikaya və dəqiq aqrar texnologiyalara ciddi investisiyalar yönəltmişik və bu gün həmin yanaşmaların real nəticələrini sahələrdə görürük. Məqsədimiz həm pambıqda, həm də taxılda yüksək məhsuldarlığı davamlı şəkildə təmin etməkdir.”
"Prime Cotton"un tətbiq etdiyi rotasiya əkin sistemi – yəni eyni sahədə hər il fərqli bitkilərin əkilməsi – torpaqdakı zərərvericilərin və xəstəliklərin dövranını pozaraq torpağın sağlam qalmasına imkan verir. Arpa və buğda kimi bitkilər torpağın strukturunu yaxşılaşdırır, qida maddələrini bərpa edir və növbəti mövsümlərdə pambıq üçün münbit şərait yaradır. Bu yanaşma eyni zamanda dərman istifadəsinə olan ehtiyacı azaldır, su resurslarına qənaət edir və məhsulun keyfiyyətini artırır.
Əldə olunan uğurlar "Prime Cotton"un məqsədyönlü strategiyası, müasir texnologiyalar və elmi əsaslı aqrar yanaşmaların birləşməsi nəticəsində mümkün olmuşdur. Şirkət qarşıdakı illərdə də həm pambıq, həm də taxıl sahələrində məhsuldarlığı artırmaq və dayanıqlı kənd təsərrüfatı modelini genişləndirmək istiqamətində fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, "Prime Cotton" MMC – Azərbaycanın aparıcı pambıqçılıq şirkətlərindən biri olmaqla, GP Cotton Holdings-ə daxil olan strateji müəssisədir. Şirkət pambıq tədarükü ilə yanaşı, mahlıc, iplik, pambıq yağı və pambıq cecəsi istehsalı sahəsində də fəaliyyət göstərir. Bütün istehsal mərhələlərində yerli və beynəlxalq standartlara uyğunluq prinsiplərinə əsaslanan Prime Cotton, kənd təsərrüfatında müasir texnologiyaların tətbiqinə və dayanıqlı istehsal modellərinin inkişafına önəm verir.
30 illik peşəkar təcrübəyə malik olan "Prime Cotton", bu gün ölkənin ən iri pambıq istehsalçısı kimi regionun kənd təsərrüfatı sektorunda mühüm rol oynayır və həm pambıqçılıq, həm də digər dövri əkin sahələrində məhsuldarlığın artırılması istiqamətində innovativ addımlar atmaqdadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
31 d. əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 46 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
2 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
2 saat əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
2 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
Ən çox oxunanlar
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək







.jpg)








.jpg)





