“Rabitəbank” və Dövlət Məşğulluq Agentliyi arasında memorandum imzalanıb
İşsiz və işaxtaran şəxslərin peşəyönümünün və peşə hazırlığının təşkili, onların işlə təmin olunmasına dəstək göstəriləcək. Həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerlərinin yaradılacaq.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə “Rabitəbank” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, Memorandumun əsas məqsədi işsiz və işaxtaran şəxslərin peşəyönümünün və peşə hazırlığının təşkili, onların işlə təmin olunmasına dəstək göstərilməsi və sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerlərinin yaradılmasıdır.
Sənədin imzalanması mərasimində Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov çıxış edərək Dövlət Məşğulluq Agentliyinin fəaliyyətini yüksək qiymətləndirib və bankın əmək yarmarkalarında, özünəməşğulluq proqramında, eləcə də digər sosial layihələrdə aktiv iştirakını vurğulayıb. Sədr bildirib ki, imzalanan memorandum dövlət və özəl sektor arasında tərəfdaşlığın inkişafına mühüm töhfə verəcək.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev isə çıxışında işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunmasında işəgötürənlərlə əməkdaşlığın əhəmiyyətini qeyd edib və Rabitəbankın Agentliyin fəal sosial tərəfdaşlarından biri olduğunu vurğulayıb.
Memorandum çərçivəsində həmçinin innovativ layihələrin, sosial təşviqedici tədbir və forumların təşkili planlaşdırılır. Bu əməkdaşlıq həm işsiz şəxslərin peşə hazırlığının keyfiyyətinin artırılmasına, həm də işəgötürənlərə işçi qüvvəsinin təminatına yönəlib.
Qeyd edək ki, Rabitəbank ilə Dövlət Məşğulluq Agentliyi arasında imzalanan bu memorandum, maliyyə sektoru ilə məşğulluq orqanı arasında reallaşan ilk əməkdaşlıqdır. Bu sənəd həm peşəkar innovasiya körpüsünü yaradaraq, həm də əmək bazarında yeni üfüqlər açaraq ölkəmizdə əməkdaşlığın yeni çağının başlanğıcı kimi yadda qalacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























