NEQSOL Holding PARLA proqramına görə 2025 Stevie® Awards Qızıl və Gümüş mükafatlarına layiq görülüb
(®) NEQSOL Holding, Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi, PARLA Tələbə Qızlar üçün Təqaüd və İnkişaf Proqramına görə iki kateqoriya üzrə nüfuzlu beynəlxalq 2025 Stevie® Awards for Great Employers mükafatına layiq görülüb.
Ümumilikdə, NEQSOL Holding “Genişləndirilmiş korporativ təhsil proqramlarında nailiyyət” kateqoriyasında Qızıl, “Müxtəliflik və inklüzivlik sahəsində nailiyyət” kateqoriyasında isə Gümüş mükafat qazanıb.
Dünyada biznes sahəsində ən nüfuzlu mükafatlardan biri kimi tanınan Stevie® Awards, innovativ və məqsədyönlü təşəbbüslər vasitəsilə əhəmiyyətli töhfə verən təşkilatların nailiyyətlərini qiymətləndirir. PARLA proqramının ikiqat qələbəsi NEQSOL Holding‑i imkanların genişləndirilməsi, inklüzivlik və dayanıqlı inkişaf prinsiplərinə sadiq aparıcı beynəlxalq şirkətlər sırasına daxil edir.
“PARLA proqramının ikiqat tanınması bizim üçün həm şərəf, həm də ilham mənbəyidir”, deyə NEQSOL Holding-in Sədri Yusif Cabbarov bildirib. “Bu nailiyyət təhsilin və inklüzivliyin dəyişdirici gücünə olan dərin inamımızı əks etdirir. PARLA sadəcə bir proqram deyil – bu özünə inamlı, peşəkar liderlərin yeni nəslini formalaşdırmaq və gənc xanımların tam potensiallarını gerçəkləşdirmələrinə şərait yaratmaq öhdəliyidir”.
NEQSOL Holding-in Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi PARLA proqramı tələbə qızlara təqaüd, karyera inkişafı, liderlik təlimləri və mentorluq proqramları vasitəsilə dəstək göstərir. Proqram gənc xanımlara icmalarında və peşəkar sahələrində inkişafın aparıcı qüvvəsinə çevrilmələri üçün zəruri bilik, bacarıq və özünə inam qazandıraraq, onların potensialını tam reallaşdırmalarına şərait yaradır.
Stevie® Awards mükafatında iştirak üçün təqdim olunan müraciətlər dünyanın müxtəlif ölkələrindən olan nüfuzlu rəhbərlər, sahibkarlar, yenilikçilər və biznes təlimçilərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilir. Bu il münsiflər heyəti PARLA proqramını ölçülə bilən təsiri, inklüziv yanaşması və uzunmüddətli baxışı üçün yüksək qiymətləndirib:
• “Görkəmli nailiyyət, heç bir şərhə ehtiyac yoxdur! Bu proqram bütün dünyada tanınmağa layiqdir.”
• “Bu təşəbbüslər yalnız inklüzivliyi gücləndirmir, həm də qadınlara öz məqsədlərinə çatmaq üçün geniş imkanlar yaradır.”
• “Güclü müraciət, nəzərəçarpan nailiyyətlər... Əla iş!”
“Bu mükafatlar bir daha göstərir ki, insanlara, təhsilə və liderliyə sadiqliyimiz şirkət daxilində real nəticələr verməklə yanaşı, həm də beynəlxalq səviyyədə yüksək qiymətləndirilir,” deyə NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç bildirib. “Tərəfdaşlarımıza və beynəlxalq münsiflər heyətinə missiyamıza göstərdikləri inam və dəstəyə görə səmimi təşəkkürümüzü bildiririk.”
NEQSOL Holding qlobal miqyasda mövqelərini gücləndirməyə davam etdikcə, PARLA kimi proqramları onun sosial məsuliyyətə, imkanların genişləndirilməsinə, innovasiyalara və inklüziv inkişafa sadiqliyini nümayiş etdirir.
NEQSOL Holding 11 ölkədə telekommunikasiya, enerji, tikinti, mədənçıxarma və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 15 saat sonra
-
-
1 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
2 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
2 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
3 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb

























