Satışı və mənfəəti artmış Azərbaycanın qızıl istehsalçısı borc yükünü azaldıb
“AzerGold” QSC-nin və onun törəmə cəmiyyətlərinin 2024-cü il üzrə konsolidə edilmiş maliyyə nəticələri açıqlanıb.
Marja.az QSC-nin hesabatlarına istinadən xəbər verir ki, 2024-cü il üzrə “AzerGold” QSC-nin və onun törəmə cəmiyyətlərinin (birlikdə – Qrup) konsolidə edilmiş maliyyə hesabatlarına “PricewaterhouseCoopers Audit Azerbaijan” MMC tərəfindən müsbət auditor rəyi verilmişdir. Cari maliyyə ilində konsolidə hesabatlara Qrupa daxil olan “AzerBlast” MMC və “Daşkəsən Dəmir Filiz” MMC-nin maliyyə göstəriciləri də daxil edilmişdir.
Dağ-mədən sənayesində fəaliyyət göstərən Qrupun satış gəlirlərində 35%-lik artım müşahidə olunmuşdur 2023-cü ildə Qrupun satış gəlirləri 135.36 milyon ABŞ dolları təşkil etmiş, 2024-cü ildə isə bu göstərici 47.33 milyon ABŞ dolları və ya 35% artaraq 182.69 milyon ABŞ dolları səviyyəsinə yüksəlmişdir. Gəlirlərin artımına əsas təsir edən amillər qızıl satışının fiziki həcminin 9% artması və satış qiymətlərinin orta hesabla 29% yüksəlməsi olmuşdur.
Hesabat ilində satış həcmi 70.5 min unsiya qızıl və 97.5 min unsiya gümüş təşkil etmişdir.
Əməliyyat mənfəəti və xalis mənfəət artmışdır
2024-cü ildə Qrupun əməliyyat mənfəətini xarakterizə edən EBITDA göstəricisi 27.5% artaraq 89.88 milyon ABŞ dolları səviyyəsində qeydə alınmışdır. Bu artım əsasən istehsalat həcminin və qiymət artışı nəticəsində satış gəlirlərinin yüksəlməsi ilə bağlı olmuşdur. Nəticə etibarilə, xalis mənfəət 2023-cü illə müqayisədə 5.79 milyon ABŞ dolları və ya 21.3% artaraq 33.02 milyon ABŞ dolları təşkil etmişdir.
Maya dəyərinin artımına təsir edən əsas faktorlar: Satış həcminin, yanacaq qiymətlərinin və inflyasiya nəticəsində istifadə olunan materialların qiymətində, həmçinin əməkhaqqılarda olan artımlar əvvəlki dövrə nisbətən maya dəyərinin 23% və ya 21.40 milyon ABŞ dolları artımına səbəb olmuşdur. Xərc istiqamətləri üzrə əsas artımlar aşağıdakı kimidir:
Amortizasiya xərcləri: 2024-cü ildə amortizasiya xərcləri əvvəlki illə müqayisədə 10.98 (artımın 51%-i) milyon ABŞ dolları artaraq 46.24 milyon ABŞ dollarına çatmışdır. Artım əsasən 2023-cü ilin ikinci yarısında istifadəyə verilmiş Çəndə Qələviləşdirmə Zavodunda istehsal həcminin əvvəlki ilə nisbətən 2024-cü ildə 138% çoxalması və buna müvafiq olaraq amortizasiyanın çox hesablanması ilə əlaqədardır.
Partlayış, daşınma və tullantıların idarə olunması xərcləri: Hesabat ilində filiz hasilatının 14% artması partlayış və daşınma işlərinin həcmini artırmış, bu da öz növbəsində 2.67 (artımın 12%-i) milyon ABŞ dolları əlavə xərc formalaşdıraraq ümumi göstəricini 23.14 milyon ABŞ dollarına çatdırmışdır.
Material və kimyəvi reagent xərcləri: Yuxarıda qeyd edildiyi kimi, daha mürəkkəb geoloji struktura malik sulfid filizlərinin “Carbon-In-Leach” (CIL) texnologiyası ilə istehsal həcminin artması, eləcə də qlobal bazarlarda qiymət artımı nəticəsində bu kateqoriya üzrə xərclər 5.12 (artımın 24%-i) milyon ABŞ dolları artaraq 10.94 milyon ABŞ dolları səviyyəsində qeydə alınmışdır.
Ümumi aktivlərin dəyəri artmışdır
Qrupun 2024-cü il üzrə ümumi aktivlərinin dəyəri 488.35 milyon ABŞ dolları təşkil etmişdir ki, bu da əvvəlki ilin analoji göstəricisi ilə (468.14 milyon ABŞ dolları) müqayisədə 20.21 milyon ABŞ dolları və ya 4.3% artıma bərabərdir. Həmçinin xalis dövriyyə kapitalı 2024-cü ildə 105.22 milyon ABŞ dolları səviyyəsində olmuş, bu da 2023-cü illə (102.04 milyon ABŞ dolları) müqayisədə 3.18 milyon ABŞ dolları və ya 3.1% artıma işarə edir.
Ümumi kapital göstəricisi əhəmiyyətli dərəcədə artmışdır
Qrupun ümumi kapitalı 2023-cü ildə 317.25 milyon ABŞ dolları olduğu halda, 2024-cü ildə bu göstərici 82.53 milyon ABŞ dolları və ya 26% artaraq 399.78 milyon ABŞ dolları təşkil etmişdir. Borc yükü azalmış, borc/kapital nisbəti əhəmiyyətli şəkildə yaxşılaşmışdır 2024-cü ildə Qrupun mövcud bank kreditlərinin 69%-i (64.66 milyon ABŞ dolları) tam şəkildə geri ödənilmişdir. Bu isə Qrupun borc yükünün əhəmiyyətli dərəcədə azalmasına və nəticə etibarilə borc/kapital nisbətinin 0,29-dan 0,07-yə qədər enməsinə səbəb olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 14 saat sonra
- 10 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)


.jpg)


