Putinlə Zelenski görüşəcək
ABŞ prezidenti Donald Tramp Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə görüşüb.
Marja xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə, görüş təxminən 1 saat 40 dəqiqə davam edib.
Ağ Evdə İtaliyanın baş naziri Giorgia Meloni, Almaniya kansleri Fridrix Merz, Fransa prezidenti Emmanuel Makron, İngiltərənin baş naziri Key Starmer, Finlandiya prezidenti Aleksandr Stab və NATO-nun baş katibi Mark Rütte qonaq olublar.
Tramp Avropa liderləri ilə görüşünün çox yaxşı keçdiyini, Putinlə Zelenskinin görüşəcəyini və özünün də qatılacağı üçtərəfli görüşə hazırlıqların başladığını deyib.
Görüşlərin ardından "Truth Social" hesabından açıqlama verən Tramp, Avropa liderləri ilə çox məhsuldargörüş keçirdiyini bildirib.
ABŞ prezidenti, "Görüş zamanı müxtəlif Avropa ölkələrinin ABŞ-la koordinasiyalı şəkildə Ukraynaya verəcəyi təhlükəsizlik zəmanətlərini müzakirə etdik. Hər kəs Rusiya və Ukrayna arasında sülh ehtimalından çox məmnundur" deyib.
Tramp görüşlərdən sonra Putinə zəng vurduğunu qeyd edərək, "Prezident Putinlə prezident Zelenski arasında yeri hələ müəyyən edilməmiş görüş üçün hazırlıqlara başladım. Bu görüş baş tutduqdan sonra iki dövlət başçısı və mənim də iştirak etdiyim üçtərəfli görüş keçirəcəyik" deyib.
Bu addımın müharibənin sona çatması üçün mühüm əhəmiyyət kəsb etdiyinə işarə edən Tramp, görüşün təşkili üzərində işə başladıqlarını təkrarlayıb.
Zelenski: Putinlə görüşə hazırıq
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli danışıqlara hazır olduğunu bəyan edib.
Zelenski Ağ Evdəki görüşdən sonra jurnalistlərə açıqlama verib.
ABŞ və Avropa liderlərinin iştirakı ilə planlaşdırılan üçtərəfli görüşdən əvvəl Putinlə ikitərəfli danışıqlara hazır olduğunu bildirən Zelenski “ağrılı problemlərin” həllində liderlik səviyyəsinin vacibliyini vurğulayıb.
"Dediyim kimi, biz rəhbərlik səviyyəsində istənilən formata hazırıq. Çünki biz bütün bu mürəkkəb və ağrılı məsələləri yalnız rəhbərlik səviyyəsində həll edə bilərik. Ona görə də mən Putinlə ikitərəfli görüşə hazır olduğumuzu təsdiqlədim və məni bütün Avropa liderləri dəstəklədi, sonra isə üçtərəfli görüşü gözləyirəm", - Zelenski bildirib.
ABŞ-ın təzyiqi
Zelenski Putinin mümkün ikitərəfli danışıqlarda iştiraka razı olub-olmaması ehtimalını da qiymətləndirərək, bunun üçün ABŞ-ın təzyiqinə ehtiyac ola biləcəyini söyləyib.
Putinlə birbaşa danışıqlarda ərazi məsələlərinin gündəmdə olacağını qeyd edən Zelenski, ilk dəfə olaraq xəritələrdən istifadə edərək Tramp və komandası ilə məsələni müzakirə etmək imkanının olduğunu qeyd edib.
Tramp avqustun 15-də Alyaskada Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Putin və Zelenskinin yaxın iki həftə ərzində görüşəcəyi gözlənilir
Almaniya kansleri Fridrix Merz Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında görüşün yaxın iki həftə ərzində keçiriləcəyini açıqlayıb.
Merz Ağ Evdə ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Zelenski, NATO-nun baş katibi Mark Rütte və Avropa liderləri ilə görüşündən sonra keçirilən mətbuat konfransında danışıb.
Merz ABŞ-a Zelenskiyə dəstək olmaq və Avropanın ortaq maraqlarını qorumaq üçün gəldiklərini, Ukraynanın da mümkün danışıqlarda iştirak etməli olduğunu və belə bir görüşün ancaq atəşkəs əldə olunarsa keçirilə biləcəyini qeyd edib.
"İkincisi, belə bir görüşə hərtərəfli hazırlıq görülməlidir. Rusiya prezidentinin belə bir görüşdə iştirak etməyə cəsarət edib-etməyəcəyini bilmirik. Ona görə də inandırma səylərinə ehtiyac var", - Merz bildirib.
"Danışıqlarımız zamanı fasilə oldu və bu müddət ərzində ABŞ prezidenti Rusiya prezidenti ilə telefonla danışıb və qərara alınıb ki, yaxın iki həftə ərzində Rusiya prezidenti ilə Ukrayna prezidenti arasında görüş keçirilsin", - kansler Merz bildirib.
Merz qeyd edib ki, görüşün yeri hələ müəyyən edilməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
2 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
3 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
4 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
4 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
4 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
4 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
5 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR









.webp)














.jpg)
