SoftBank-dan Intel-ə 2 milyard dollarlıq sərmayə
Yaponiyanın SoftBank Group şirkəti ABŞ-ın yarımkeçirici nəhəngi Intel-ə 2 milyard dollar sərmayə yatırmaq barədə müqavilə imzalayıb. Sərmayə Intel-in adi səhmlərinin hər biri üçün 23 dollardan alışı nəzərdə tutur. Şirkətlər bildirir ki, bu addım süni intellekt, bulud texnologiyaları və yeni nəsil infrastrukturun inkişafını dəstəkləməyə yönəlib.Yaponiyanın nəhəng investisiya holdinqi SoftBank Group, ABŞ-ın aparıcı yarımkeçirici istehsalçısı Intel-ə 2 milyard dollarlıq sərmayə yatırmağı nəzərdə tutan müqavilə imzalayıb.
Marja.az-ın məlumatına görə, şŞirkətlərin yaydığı birgə açıqlamada bildirilir ki, SoftBank Intel-in adi səhmlərini hər səhm üçün 23 dollardan alacaq.
Açıqlamada qeyd olunub ki, SoftBank-ın Intel-ə yatırımı rəqəmsal transformasiya, bulud texnologiyaları və yeni nəsil infrastrukturu dəstəkləyən qabaqcıl texnologiyalara çıxışı sürətləndirərək, süni intellekt inqilabını mümkün etmək istiqamətində şirkətin uzunmüddətli vizyonuna əsaslanır.
SoftBank Group-un baş icraçı direktoru (CEO) Masayoshi Son açıqlamasında bildirib:
"Bu strateji sərmayə ABŞ-da qabaqcıl yarımkeçirici istehsalının və təchizatının daha da genişlənəcəyinə olan inamımızı əks etdirir. Biz inanırıq ki, bu prosesdə Intel kritik rol oynayacaq."
Intel-in baş icraçı direktoru (CEO) Lip-Bu Tan isə qeyd edib ki, sürətlə inkişaf edən texnologiya və innovasiya sahələrində öncül olan SoftBank ilə əməkdaşlığı dərinləşdirməkdən məmnundurlar:
"SoftBank ilə ortaq vizyonumuz ABŞ-da texnologiya və istehsal liderliyini daha da gücləndirməyə yönəlib."
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)











.jpg)





