Ən böyük buzlağın əriməsi prosesi sürətlənib
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin və ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərindən ibarət 18-23 avqust tarixlərində Böyük Qafqazın şimal-şərq yamacında Qusarçayın hövzəsində yerləşən Tufandağ buzlağına birgə ekspedisiya təşkil edilib.
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib ki, tədqiqat zamanı buzlaqların koordinatları, dəniz səviyyəsindən olan hündürlükləri, ekspozisiyası və fotoşəkilləri (buzlaqlar yerləşən dərələrin təsviri, yamaclara görə yeri, ümumi istiqaməti, dərinliyi və dikliyinin təsviri, buzlaq səthinin relyefi üzərindəki çatlar, onların istiqaməti və ölçüləri, buzlaq üzərində moren örtüyü, buzlaq dilinin vəziyyəti, quruluşu və s.) götürülüb.
Aparılan tədqiqatlar nəticəsində buzlağın sahəsində həm azalma, həm də ərimə prosesinin daha da sürətləndiyi, buzlaq üzərində əmələ gəlmiş çatların sayının artması və ölçülərinin genişlənməsi müşahidə olunub.
“3500-3800 metr yüksəklikdə aparılmış tədqiqatlar nəticəsində ötən illərlə müqayisədə buzlaq sahəsində həm azalma, həm də ərimə prosesinin daha da sürətləndiyi, buzlaq üzərində olan çatların sayının və ölçüsünün artdığı, buzlaq dilindən çıxan Mahmuddərə çayında suyun səviyyəsinin və sərfinin artdığı müəyyən olunub. Bu isə bir daha qlobal iqlim dəyişmələrinin təsiri nəticəsəndə anomal istilər zamanı buzlaq üzərində əmələ gəlmiş çatların ölçülərinin böyüyərək genişlənməsindən, eyni zamanda, ərimə prosesi zamanı buzlaq dilinin yüksəkliyə doğru çəkilərək həcminin azalmasından xəbər verir”, - deyə qurumun yaydığı məlumatda qeyd olunur.
Qeyd edək ki, Tufandağ buzlağı Tufan zirvəsindən şimal istiqamətdə yerləşir və ərazinin ən böyük buzlağı hesab olunur. Ərazidə yerləşən buzlaq ağırlıq qüvvəsinin təsiri ilə şimal istiqamətində hərəkətə meyillidir və əksər hallarda asılı şəkildə dayanır. Morfoloji tipinə görə Tufandağ buzlaqları kar və asılı buzlaqlardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























