“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
(0174) Kapital Bank-ın təşəbbüsü ilə 2023-cü ildə start verilən “Birbank” tələbə təqaüd proqramı uğurla yekunlaşıb.
Proqramın ilk seçim mərhələsinə 3000-dən çox tələbə müraciət edib, onlardan seçilən 15 nəfər namizəd “Birbank təqaüdçüsü” adını qazanaraq iki il ərzində ayda 300 AZN məbləğində təqaüd almaq imkanını əldə edib.
Təqaüdçülər ölkəmizin 8 aparıcı ali təhsil müəssisəsində kompüter elmləri, informasiya texnologiyaları, maliyyə, hüquq, iqtisadiyyat və digər sahələr üzrə məzun olublar. Onlar bu müddət ərzində yalnız maddi dəstək deyil, həm də Kapital Bank-da real iş təcrübəsi, müxtəlif peşəkar təlim və seminarlar, həmçinin mentor dəstəyi ilə fərdi inkişaf imkanları əldə ediblər.
Layihənin bağlanış mərasimində Kapital Bank-ın İstedadların idarə olunması departamentinin direktoru Aygün Həsənova iştirakçılara iki il ərzində qazandıqları bilik və təcrübələr, həmçinin gələcəkdə tələbələrin inkişafına yönəlik bu tipli proqramların daha da təkmilləşdirilməsi üçün hansı təşəbbüslərin həyata keçirilə biləcəyi ilə bağlı suallar ünvanlayıb.
Xüsusilə qeyd edək ki, proqramın iki məzunu Samin Hüseynov və Yaqub Əhmədov dünyanın Top 10 universiteti sırasında olan Kembric Universiteti (University of Cambridge) və İmperial Kollecində (Imperial College London) magistr təhsili almaq hüququ qazanaraq təhsillərini xaricdə davam etdirmək imkanı əldə ediblər.
Qeyd edək ki, yaxın günlərdə tələbələrlə bağlı yeni bir inkişaf proqramı elan olunacaq.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























