7 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu bu şəxslərə verildi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 7 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqələrin qaliblərini müəyyən edib.
Marja AYNA-ya istinadən xəbər verir ki, "Bakı-Horadiz" marşrutu üzrə fiziki şəxs Quliyev Sərdar Əjdər oğlu, "Bakı-Sınıq Körpü" və "Bakı-Zaqatala" marşrutları üzrə hüquqi şəxs "BakuBus" MMC, "Bakı-Ağcabədi" marşrutu üzrə fiziki şəxs Süleymanov Elxan Abdulla oğlu, "Sumqayıt-Quba" marşrutu üzrə fiziki şəxs Hümbətov Hikmət Behbud oğlu, "Qazax-Gəncə" marşrutu üzrə fiziki şəxs Pənahov Vaqif Nəriman oğlu, 157 nömrəli marşrut üzrə hüquqi şəxs "BusTrans" MMC qalib elan olunublar.
AYNA marşrut xətlərini müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın əmin olunmasıdır.
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 17 d. əvvəl
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 2 saat əvvəl
-
11 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
Alphabet 100 illik istiqraz burxmağı planlaşdırır
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Ən çox oxunanlar
Fəzail Ağamalı vəfat edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur





















.webp)






