Faiz xərclərinin artması FINCA Azerbaijan"ın mənfəətini "vurdu"
Kredit təşkilatın əməliyyat mənfəəti 2 dəfə azalıb. Buna səbəb faiz xərclərinin kəskin artmasıdır.
Məhdud Məsuliyyətli "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı 2025-ci ilin 1-ci yarısını (yanvar-iyun) 952 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2024-cü ilin eyni dövrünü 882 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, bu ilin ilk yarısında "FINCA Azerbaijan"ın xalis mənfəəti 70 min manat daha çox olub. Bu artım faiz gəlirlərinin artmasından və ehtiyatdan qayıdan vəsait ilə əlaqədardır. İlk 6 ayda "FINCA Azerbaijan"ın faiz xərcləri kəkin artdığı üçün əməliyyat mənfəəti 2 dəfə azalıb.
Marja.az xəbər verir ki, "FINCA Azerbaijan"ın faiz gəlirləri 2024-cü ilin ilk yarısında 9 milyon 632 min manat ikən, 2025-ci ilin ilk yarısında 10 milyon 349 min manat təşkil edib (717 min manat artıb). Təşkilatın qeyri-faiz gəlirləri isə 9 dəfədən çox artaraq 195 min manat olub.
2025-ci ilin ilk 6 ayında "FINCA Azerbaijan"ın cəmi əməliyyat gəlirləri 10 milyon 544 min manat, cəmi əməliyyat xərcləri 10 milyon 9 min manat, əməliyyat mənfəəti 535 min manat təşkil edib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatdan azad olmuş 482 min manatın hesabına "FINCA Azerbaijan"ın mənfəəti 1 milyon 17 min manata yüksəlib. Təşkilat mənfəətindən 60 min manat vergi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin 1-ci yarıında "FINCA Azerbaijan"ın cəmi əməliyyat gəlirləri 9 milyon 654 min manat, cəmi əməliyyat xərcləri 8 milyon 596 min manat, əməliyyat mənfəəti 1 milyon 58 min manat təşkil etmişdi. Ötən ilin ilk 6 ayında kredit təşkilatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyata vəsait ayırmamışdı və ya ehtiyatdan vəsait qayıtmamışdı. Daşınmaz əmlakın satışından mənfəət və mənfəət vergisi nəzərə alınmaqla Təşkilat ötən ilin ilk yarısını 882 min manat xalis mənfəət ilə bağlamşdı.
"FINCA Azerbaijan"ın 6 aylıq faiz xərcləri 1 milyon 105 min manat və ya 48% artaraq 2024-cü ilin 1-ci yarısındakı 2 milyon 278 min manatdan 2025-ci ilin 1-ci yarısında 3 milyon 383 min manata yüksəlib. Kredit təşkilatının cəmi əməliyyat gəlirlərinin 890 min manat artmasına qarşılıq cəmi əməliyyat xərcləri 1 milyon 413 min manat artıb. Xərclərdəki artım gəlirlərdəki artımı üstələdiyi üçün "FINCA Azerbaijan"ın əməliyyat mənfəəti azalıb.
2025-ci ilin yanvar-iyun dövründə "FINCA Azerbaijan"ın kredit portfeli (müştərilərə verilən kreditlər) 6 milyon 474 min manat və ya 10% artaraq 30 iyun 2025-ci il tarixində 70 milyon 394 min manata çatıb.
Həmçinin oxu
"FİNCA Azərbaycan"ın işçilərinin sayı azalır
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
- 4 gün sonra
-
-
14 d. əvvəl
Apple iPhone 17 təqdim edildi - İndiyədək buraxılmış ən nazik iPhone
-
4 saat əvvəl
İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb
-
4 saat əvvəl
AYNA Bakı aeroportu ərazisinə daxil olan taksilərlə bağlı məsələyə münasibət bildirib
-
5 saat əvvəl
20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə
- 5 saat əvvəl
-
6 saat əvvəl
O qədər təlabat olmuşdu ki, bitmişdi - Xüsusi şərtlərlə satılan yapon avtomobili yenidən satışda
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Apple iPhone 17 təqdim edildi - İndiyədək buraxılmış ən nazik iPhone

İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb

20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş

Növbəti 4 gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

O qədər təlabat olmuşdu ki, bitmişdi - Xüsusi şərtlərlə satılan yapon avtomobili yenidən satışda

AccessBank QSC təşkilatları tenderdə iştirak etməyə dəvət edir

Hava Limanından taksilərlə bağlı - Açıqlama

Bank mebel avadanlıqları satın alır

“AzInTelecom” media nümayəndələri üçün təlim təşkil edib - FOTOLAR

Bakı Yivudan gələn 237-ci qatarı qarşıladı
