Dollar bir qədər ucuzlaşıb, qızıl isə artım tendensiyasını bərpa etməyə çalışır - GÜNƏ BAXIŞ
Bu gün ABŞ-da Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (NFP) göstəricisinin açıqlanması ərəfəsində dollar major valyutalar qarşısında bir qədər ucuzlaşıb, qızıl isə artım tendensiyasını bərpa etməyə çalışır.
EUR/USD valyuta cütlüyü ötən gün 1.16300 səviyyəsindən bahalaşmağa başlayıb və cümə axşamı günü artıq 1.16750 səviyyəsinədək yüksəlib. Eyni müddət ərzində USD/JPY cütlüyü 148.770 həddindən 148.080 həddinə kimi enib. Qızıl dünən 3511$-a qədər ucuzlaşdıqdan sonra dəyər qazanmağa başlayıb və artıq 3561$-a qədər artıb.
ABŞ-ın Energetika Nazirliyinin həftəlik hesabatına əsasən, ötən həftə ölkənin kommersiya məqsədli neft ehtiyatları 2.42 milyon barel artaraq 420.7 milyon barelə çatıb. Ekspertlər ehtiyatların 1.8 milyon barel azalacağını proqnozlaşdırmışdılar. Hesabat dərc edildikdən sonra “Brent” markalı neftin bir barel üçün qiyməti 67.50$-dan 66.95$-a qədər ucuzlaşıb.
Nyu-York Federal Ehtiyatlar Bankının sədri Con Uilyams bildirib ki, onun fikrincə, faiz dərəcələrinin azaldılması zamanla “məqsədəuyğun olacaq”, lakin bu addımın dəqiq vaxtı və tempi açıqlanmayıb. “Gələcəyə baxaraq deyə bilərəm ki, əgər hədəflərimizə nail olmaqda irəliləyiş davam edərsə, mənim əsas proqnozumda olduğu kimi, zamanla faiz dərəcələrinin daha neytral səviyyəyə endirilməsi məqsədəuyğun olacaq”, – deyə Uilyams cümə axşamı qeyd edib.
Proqnoz olunur ki, ABŞ Federal Ehtiyatlar Sistemi (FED) işəgötürmə göstəricilərinin aylıq zəifləməsi və əmək bazarı ilə bağlı narahatlıqlar fonunda 16–17 sentyabr tarixlərində keçiriləcək iclasında faiz dərəcələrinin azaldılmasına yenidən başlasın. Cari ilin əvvəlindən FED ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi tariflərin inflyasiyaya təsirini qiymətləndirmək üçün dərəcələri əvvəlki səviyyədə saxlayıb.
Ötən gün dərc olunan məlumatlara əsasən, ABŞ-ın ticarət saldosunun kəsiri iyul ayında əvvəlki ayla müqayisədə 32.5% artaraq 78.3 milyard dollara çatıb. Qeyd edək ki, göstərici iyulda son 4 ayın ən yüksək həddinə çatıb. İyul ayında ixrac 800 milyon dollar (0.3%) artaraq 280.5 milyard dollara yüksəlib ki, bu da, son 3 ayın maksimumudur. İdxalın həcmi isə 20 milyard dollar (5.9%) artaraq 358.8 milyard dollara çatıb ki, bu göstərici son 4 ayın maksimumudur.
Həmçinin, Amerikada ötən həftə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 8 min nəfər artaraq 237 min nəfərə çatıb. Qeyd etmək lazımdır ki, bundan 1 həftə öncə müraciətlərin sayı 229 min nəfər təşkil etmişdi. ADP tərəfindən açıqlanan Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı göstəricisi iyul ayı ilə müqayisədə 106 mindən 54 minə qədər zəifləyib və 73 minlik proqnozun altında qalıb.
ABŞ-ın Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (ISM Services) (PMI) avqust ayında 52 bəndədək artaraq 6 ayın maksimumuna çatıb. Bu barədə ölkənin Təchizat İdarəetmə İnstitutu (ISM) məlumat verib. İyul ayında göstərici 50.1 bənd təşkil etmişdi. Bununla yanaşı, “S&P Global” tərəfindən hesablanan avqust ayı üzrə xidmət sektorunda PMI iyul ayında olan 55.7 bənddən 54.5 bəndədək geriləyib.
Bu gün investorların diqqət mərkəzində Bakı vaxtı ilə saat 16:30-da Amerikada dərc olunacaq əmək bazarı, xüsusilə də “NFP” hesabatı olacaq. Əlavə olaraq, ABŞ-da açıqlanacaq Orta Saatlıq Əməkhaqqı və İşsizlik Səviyyəsi bazar iştirakçılarının marağına səbəb olacaq.
Eləcə də, Böyük Britaniyada dərc olunacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi, Almaniyada açıqlanacaq Sənaye Sektorunda Sifarişlərin Həcmi və Avrozonada yayımlanacaq ÜDM göstəriciləri beynəlxalq birjalarda qiymətlərin dəyişməsinə təsir edə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
15 saat sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
-
12 d. əvvəl
ARDNF-nin rəhbər heyətinin Səudiyyə Ərəbistanına işgüzar səfəri baş tutub
-
-
51 d. əvvəl
Dövlət Agentliyində Coca-Cola ilə görüş - NƏLƏR MÜZAKİRƏ EDİLİB?
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azneft" hava şəraitinin dəyişməsi ilə bağlı görülən təhlükəsizlik tədbirlərilə bağlı məlumat yayıdı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elton Məmmədova rəsmi xəbərdarlıq edildi: Əsassız xərclənmiş 3 milyon manat büdcəyə ödətdirilib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın xarici və daxili dövlət borcunun məbləği açıqlandı - YENİ RƏQƏMLƏR
Son Xəbərlər
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
Dövlət Agentliyində Coca-Cola ilə görüş - NƏLƏR MÜZAKİRƏ EDİLİB?
AFB Bankdan “Yüksək Qazanclı Əmanət” – illik 12% gəlir!
Mercedes-Benz-in satışı azalıb, xalis mənfəəti 2 dəfə düşüb
Elton Məmmədova rəsmi xəbərdarlıq edildi: Əsassız xərclənmiş 3 milyon manat büdcəyə ödətdirilib
"Azərbaycan Fintex Assosiasiyası"na yeni sədr təyin edilib
AZAL-ın bu il Gürcüstana daşıdığı sərnişinlərin sayı məlum olub
m10 ilə Binance əməliyyatları – manatla, təhlükəsiz, vasitəçisiz!
Azərbaycan və Türkiyə avtomobil nömrələrini qarşılıqlı tanıyacaq
Azərbaycan Rotterdam Konvensiyasına qoşuldu
Pizza Hut daha bir ölkədə fəaliyyətini kiçildir: 68 restoran bağlanacaq, 1200 nəfər işdən çıxarılacaq
Elon Musk-ın siyasi mövqeyi Tesla-ya baha başa gəldi: 1 milyondan çox avtomobil itkisi

















.jpg)




