ABŞ-ın xarici ticarət kəsiri 4 ayın ən yüksək səviyyəsində
ABŞ Ticarət Nazirliyinin məlumatına görə, iyul ayında ABŞ-ın ticarət kəsiri əvvəlki ayla müqayisədə təxminən 32,5% artaraq 78,3 milyard dollara yüksəlib. Bloomberg sorğusunda iştirak edən iqtisadçılar isə təxminən 78 milyard dollarlıq kəsir proqnozlaşdırmışdılar.
ABŞ Ticarət Nazirliyi iyul ayına dair xarici ticarət göstəricilərini açıqlayıb.
Marja xəbər verir ki, ölkənin xarici ticarət kəsiri iyul ayında son dörd ayın ən yüksək səviyyəsinə çatıb. Bu artıma - şirkətlərin Prezident Donald Trampın qlobal ticarət tərəfdaşlarına tətbiq edəcəyi yeni gömrük rüsumları elan olunmadan əvvəl mal və xammal idxalını sürətləndirməsi əsas rol oynayıb.
İyulda ticarət kəsiri əvvəlki aya nisbətən 32,5% artaraq 78,3 milyard dollara yüksəlib. Bloomberg sorğusunda iştirak edən iqtisadçılar isə təxminən 78 milyard dollarlıq kəsir gözləyirdilər.
İyulda idxalın dəyəri 5,9% artaraq ilin əvvəlindən bəri ən yüksək həddə çatıb. İxracda isə məhdud artım müşahidə olunub. Rəqəmlərdə inflyasiya xaric edilməyib.
İdxaldakı artımın əsas səbəbi qızıl daşımalarının çoxalması ilə yanaşı sənaye məhsullarının idxalının dörd ayın zirvəsinə qalxması olub. İstehlak mallarının idxalı da artarkən, avtomobil istisna olmaqla əsas avadanlıq idxalı ilin əvvəlindən bəri ən güclü artımını qeydə alıb.
Hesabat göstərir ki, ABŞ şirkətləri hələ Vaşinqtonla ticarət müqaviləsi imzalamamış ölkələrdən idxala qarşı qarşılıqlı gömrük rüsumları qüvvəyə minməzdən əvvəl ehtiyatlarını təmin etməyə çalışıblar. Aprel ayında elan edilən tariflərdən öncə də oxşar tendensiya müşahidə olunmuş, ardınca üç ay dalbadal idxalda azalma qeydə alınmışdı.
İyul göstəricilərinə görə, Çinlə mal ticarəti kəsiri altı aydan sonra ilk dəfə genişlənib. Meksika ilə kəsir cüzi artıb, Kanada ilə ticarət kəsiri isə iyunda 2020-ci ildən bəri ən aşağı səviyyəyə enməsindən sonra yenidən yüksəlib.
İnflyasiya xaric edilmiş göstəricilərə əsasən, iyul ayında ticarəti kəsiri 100,1 milyard dollara yüksələrək ilin əvvəlində qeydə alınan rekord hədlərə yaxınlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
-
1 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
2 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb

“Bakı Fintex Forumu 2025” keçiriləcək

"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı
