İri bankdan 40 milyon manatlıq istiqraz - ZƏNG ÇALINDI, ABUNƏ YAZILIŞI BAŞLADI
İnvestorlar mövcud istiqrazlar üzrə sifarişlərini “ABB Mobile” tətbiqi üzərindən yerləşdirə bilərlər.“Bank of Baku” müştərilərinə yeni maliyyə imkanları təqdim etmək məqsədilə kapital bazarında iştirakını genişləndirib. Belə ki, Bank maliyyə bazarında yeni istiqraz emissiyasını həyata keçirir.
Marja Banka istinadən xəbər verir ki, 8 sentyabr tarixində Bakı Fond Birjasında “Bank of Baku”nun manat istiqrazlarının kapital bazarında ticarətə buraxılması münasibətilə “Açılış Zəngi” tədbiri keçirilib. Bu istiqraz emissiyası ilə Bank həm fiziki şəxslər, həm də peşəkar investorlar üçün sərfəli və etibarlı investisiya imkanı yaratmış olur.
Bank hər birinin nominal dəyəri 100 manat olan 400.000 ədəd faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazı qeydiyyatdan keçirib.
Tədbiri çıxış sözü ilə açan Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov maliyyə bazarında investisiya alətlərinin çeşidlərinin artırılmasının əhəmiyyətindən danışıb.
“Bank of Baku”nun İdarə Heyətinin sədri Həsən Quliyev isə öz çıxışında bildirib ki, “Bank of Baku” bu addımı ilə ölkə iqtisadiyyatına töhfə verməyi hədəfləyir. “Bank of Baku uzunmüddətli fəaliyyəti dövründə müştərilərinə daima fərqli məhsullar, maliyyə həlləri təklif edib. İnanıram ki, bankımızın növbəti məhsulu – istiqrazları da müştərilər və investorların böyük marağına səbəb olacaq”.
“ABB-Invest İnvestisiya Şirkəti” QSC-nin icraçı direktoru Nadir Babazadə qeyd edib ki, investorlar mövcud istiqrazlar üzrə sifarişlərini “ABB Mobile” tətbiqi üzərindən yerləşdirə bilərlər.
Tədbirin sonunda “Bank of Baku”, Bakı Fond Birjası və “ABB-Invest İnvestisiya Şirkəti”nin iştirakı ilə istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəng çalınıb. Bununla da istiqrazların Bakı Fond Birjasının ticarət platformasında ticarətinə rəsmi olaraq start verilib.
Qeyd edək ki, təqdim olunan istiqrazların tədavül müddəti 18 ay, illik faiz dərəcəsi isə ilk 20 milyon manatlıq tranş üzrə 13% təşkil edir. Faiz ödənişləri hər 90 gündən bir həyata keçiriləcəkdir. İstiqrazların abunə yazılışı 19 sentyabr 2025-ci il tarixində bitəcək.
Məlumat üçün bildirək ki, 30 ildən çoxdur ki, fəaliyyət göstərən “Bank of Baku” paytaxt Bakı və regionlarda ümumilikdə 20 filialı ilə 1 milyondan çox vətəndaşa xidmət edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
-
16 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
19 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi






















