ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub
Mütəxəssislər Salyan rayonunda GL Group-un afilə şirkəti olan Salyan Oil Limited tərəfindən istismar olunan Kürsəngi və Qarabağlı yataqlarında aparılan işlərdə süni intellektin tətbiqi ilə əldə olunan yeni imkanları nümayiş etdiriblər. Bu, istismar olunan yataqların səmərəli idarə olunması istiqamətində mühüm addımdırGL Group şirkəti süni intellektdən istifadə etməklə seysmik məlumatların emal texnologiyasını bölgənin quruda yerləşən neft-qaz yataqlarında ilk dəfə tətbiq edib. Layihənin nəticələri ABŞ-ın Hyuston şəhərində keçirilən Tətbiqi Geologiya və Enerji üzrə Beynəlxalq Tədbirində (IMAGE 2025) təqdim olunub.
IMAGE 2025 geologiya və mühəndislik sahəsində keçirilən dünyanın ən böyük illik forumudur. Tədbir Kəşfiyyatçı Geofiziklər Cəmiyyəti (SEG), Amerika Neftçi Geoloqları Assosiasiyası (AAPG) və Çöküntü Geologiyası Cəmiyyəti (SEPM) tərəfindən təşkil olunur.
Bu il konfrans 7 800-dən çox iştirakçını, 1 100-dən artıq texniki təqdimatı, təxminən 260 sərgi iştirakçısını və 93 ölkədən nümayəndələri bir araya gətirib. Dünya üzrə bir çox şirkətlər arasından GL Group-a süni intellektin neft-qaz yataqlarında seysmik məlumatların emalında tətbiqi sahəsində öz təcrübəsini təqdim etmək imkanı verilib.
GL Group-un Yataqların İdarə edilməsi üzrə Qrup Direktoru Kənan Əliyev və şirkətin Petrofiziki Leyla İsmayılova layihəni təqdim ediblər. Mütəxəssislər Salyan rayonunda GL Group-un afilə şirkəti olan Salyan Oil Limited tərəfindən istismar olunan Kürsəngi və Qarabağlı yataqlarında aparılan işlərdə süni intellektin tətbiqi ilə əldə olunan yeni imkanları nümayiş etdiriblər.
"Seysmik proseslərə süni intellektin inteqrasiyası uzun müddətdir tam öyrənilmiş ehtimal olunan yataqlarda yeni potensial imkanları üzə çıxarmağımıza şərait yaradıb. Bu, artıq istismar olunan yataqların səmərəli idarə olunması istiqamətində mühüm addımdır" - deyə Kənan Əliyev bildirib.
Layihə seysmik tədqiqatda süni intellektin tətbiqinə ixtisaslaşmış Waverity şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Qabaqçıl alqoritmlər mövcud məlumatların daha dəqiq şərhinə imkan yaradıb və ənənəvi üsullarla aşkar olunmayan, daha dərində yerləşən və qazılmamış zonaları müəyyən edib.
"Əldə olunan nəticələr qabaqcıl texnologiyaların və rəqəmsal həllərin fəaliyyətimizə inteqrasiyası üzrə strategiyamızı tam dəstəkləyir. Bu məqsədlə GL Group ən müasir texnologiyalardan yararlanır, innovativ yanaşmalar tətbiq edir, peşəkar mütəxəssisləri və ən təcrübəli ekspertləri öz komandasına cəlb edir" - GL Group-un Baş İcraçı Direktoru və Məşvərət Şurasının Sədri Asif Zeynalov vurğulayıb.
GL Group-un IMAGE 2025-də iştirakı həmçinin yataqların tədqiqi və istismarı sahəsində davam edən işlərin texniki poster sessiyasını da əhatə etmişdir.
“GL Group” haqqında:
“GL Group” Azərbaycanın Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” də daxil olmaqla beş neft və qaz yatağında əməliyyatlar aparır. Şirkətlər qrupunun portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir. GL Group 2024-cü ildə ilk beynəlxalq layihəsinə imza ataraq Türkiyənin Trakya hövzəsində yüksək perspektivli qaz yatağında 100% pay sahibi olan Kanadanın “Gazelle Energy Limited” şirkətinin 25 faiz payını satın alıb. GL Group və onun strateji təşəbbüsləri haqqında ətraflı məlumatı www.gl.world saytından əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 14 saat sonra
- 10 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti

























