Avropanın süni intellekt nəhənginə 1,3 milyard avroluq yatırım
Baş ofisi Hollandiyada yerləşən çip istehsalçısı ASML şirkəti Fransanın süni intellekt şirkəti Mistral AI-ya 1,3 milyard avroluq yatırım edəcəyini açıqlayıb.
Marja.az xəbər verir ki, Şirkət yatırımı ilə Mistral-in süni intellekt xidmətlərini öz maşın və əməliyyatlarına inteqrasiya edərək təşkilatın bütün əməliyyatlarını süni intellektlə təmin etməyi planlaşdırır.
Yatırım nəticəsində ASML şirkəti, 11% səhm payına sahib olaraq ən böyük səhmdar mövqeyini əldə edəcək. Mistral isə açıqlama verərək, bu yatırımın 1,7 milyard avroluq maliyyələşdirmə turunun bir hissəsi olduğunu və şirkətin dəyərinin 11,7 milyard avroya çatdığını bildirib. Bu nəticə Mistral-i Avropanın ən qiymətli özəl şirkətlərindən birinə çevirir.
Anlaşma həmçinin OpenAI kimi nəhənglərə qarşı Avropanın ciddi rəqibi olan Mistral-in, qitənin ən böyük texnologiya şirkətlərindən birinin dəstəyini almasına imkan yaradacaq. Eyni zamanda, bu əməkdaşlıq Avropanın "texnologiya müstəqilliyi" təşəbbüsü üçün də mühüm əhəmiyyət daşıyır.
ASML şirkətinin direktoru Christophe Fouquet bildirib ki, əsas məqsəd süni intellekti şirkətin daxili əməliyyatlarına inteqrasiya etməkdir: “ASML-nin bütün əməliyyatlarını süni intellektlə təmin etmək istəyirik”.
Şirkət Mistral-i tam satın almağı planlaşdırmadığını və digər potensial süni intellekt şirkətləri ilə əməkdaşlıq imkanlarını da qiymətləndirdiyini açıqlayıb.
Mistral üçün bu anlaşma, yüksək xərcli və rəqabətli bazarda əhəmiyyətli bir maliyyə dəstəyi deməkdir. 2023-cü ilin əvvəlində qurulan Mistral, özünü Silikon Vadisinin nəhənglərinə alternativ olaraq təqdim edib.
Mistral-ın direktoru Arthur Mensch isə razılaşmanı “tortun üzərindəki çiyələk” adlandıraraq, Avropa şirkəti ilə əməkdaşlığın strateji əhəmiyyətini vurğulayıb.
Razılaşmadan sonra ASML-nin Maliyyə Direktoru Roger Dassen Mistral-in idarə heyətinə qoşulacaq. Mistral şirkəti BNP Paribas SA və Stellantis NV kimi böyük Avropa şirkətləri ilə əməkdaşlıqlarını açıqlasa da, hələlik ABŞ bazarından böyük bir müştəri ilə bağlamayıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
-
16 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
19 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























