ABŞ-da inflyasiya iqtisadçıları təəccübləndirdi
ABŞ-da istehlak qiymətlərinin aylıq artımı proqnozu üstələyib.ABŞ-da avqust ayına dair istehlak qiymətləri indeksi (CPI, inflyasiya göstəricisi) açıqlanıb.
Marja xəbər verir ki, Bloomberg-in sorğusuna qatılan iqtisadçıların proqnozuna görə, aylıq inflyasiyanın 0,3% səviyyəsində gözlənilirdi. Lakin açıqlanan rəqəmlərə görə, avqustda istehlak qiymətləri əvvəlki aya nisbətən 0,4% artıb.
İllik inflyasiya isə proqnoza paralel olaraq 2,9% olub (istehlak qiymətləri indeksi 2025-ci ilin avqust ayında 2024-cü ilin avqust ayına istinadən 2,9% artıb). Baza inflyasiyalar üzrə də nəticələr proqnozlarla üst-üstə düşüb. Qida və enerji məhsulları çıxılan aylıq istehlak qiymətləri indeksi avqustda aylıq 0,3%, illik isə 3,1% artıb.
XXX
ABŞ-da avqust ayında istehlak qiymətləri indeksi (CPI, inflyasiya göstəricisi) əvvəlki aya nisbətən 0,4% artaraq yanvar ayından bəri ən böyük aylıq yüksəlişi göstərib. Bu, illik inflyasiya dərəcəsini 2,9%-ə qaldırıb ki, bu da əvvəlki aya nisbətən 0,2 faiz bəndi artım və yanvar ayından bəri ən yüksək səviyyədir. Dow Jones-un sorğusuna qatılan iqtisadçılar aylıq 0,3%, illik 2,9% artım gözləyirdilər.
Ərzaq və enerji qiymətləri çıxılan illik baza inflyasiya 3,1% səviyyəsində qalaraq proqnozlarla üst-üstə düşüb. Federal Ehtiyat Sistemi (Fed) baza inflyasiyanı uzunmüddətli tendensiyaların göstəricisi kimi qiymətləndirir.
Əmək bazarında isə - Əmək Departamenti həftəlik işsizlik müavinəti müraciətlərinin 263 000-ə yüksəldiyini açıqlayıb. Bu göstərici əvvəlki proqnoz olan 235 000-dən yüksəkdir və son dörd ilin ən yüksək səviyyəsini göstərir.
Ekspertlər bildirirlər ki, CPI məlumatı bir qədər yüksək olsa da, Fed-in faiz endirimini həyata keçirməsinə mane olmayacaq. Əksinə, işsizlik müraciətlərinin artması, mərkəzi bankın qərar verməsini sürətləndirə bilər.
CPI-də ən böyük aylıq artım 0,4% ilə mənzil xərclərində, 0,5% ilə ərzaqda və 0,7% ilə enerji qiymətlərində qeydə alınıb. Benzin qiymətləri 1,9% artaraq tarif təsirlərinə işarə edir.
Bazarlar Fed-in faiz dərəcəsini 100% ehtimalla azaltacağını proqnozlaşdırır. Hazırki faiz 4,25%-4,5% diapazonunda olsa da, işsizlik və aşağı inflyasiya səbəbindən Fed-in ənənəvi 0,25 faiz bəndi əvəzinə 0,50 faiz bəndi faiz endirə biləcəyi ehtimalı da mövcuddur.
Avqustda xidmətlər üzrə qiymətlər aylıq müqayisədə 0,3%, illik müqayisədə 3,6% artıb. Mənzil qiymətləri də illik 3,6% artıb.
İşsizlik müraciətlərinin artması, işəgötürmənin yavaşlaması ilə yanaşı, işçilərin işdən çıxarılmasında artımın başladığını göstərir ki, bu da Fed üçün faiz endirimi qərarını dəstəkləyən göstəricidir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
10 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























