Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb
Visa Azərbaycandakı fəaliyyətini genişləndirir və Bakıda yeni ofis açıb. Yeni filialın açılması Azərbaycan bazarının strateji əhəmiyyətini və Visa-nın ölkədə nağdsız iqtisadiyyatının inkişafına töhfə vermək istəyini vurğulayır.Rəqəmsal ödənişlər sahəsində dünya lideri olan Visa bu gün Azərbaycanda yeni ofisinin açıldığını elan edib.
Visa-dan Marja.az-a verilən məlumata görə, bu mühüm hadisə Visa-nın ölkədə fəaliyyətini genişləndirmək və ölkənin ödəniş sənayesinin gələcək tərəqqisini dəstəkləmək istəyini əks etdirir.
Yeni ofisin açılması komandanın genişləndirilməsi ilə müşayiət olunur. Bakı ofisində biznesin inkişafı, konsaltinq, məhsul və marketinq komandaları işləyir. Visa bu addım sayəsində bütün Azərbaycan üzrə maliyyə qurumları, müəssisə və istehlakçılara dəstəyi gücləndirmək niyyətindədir.
"Bakıda yeni ofisin açılması Azərbaycanın müasir ödəniş texnologiyalarına güclü tələbatı olan regionun ən dinamik bazarlarından biri kimi Visa-nın strateji rolunu bir daha təsdiqləyir. Yeni ofis Visa-nın yerli tərəfdaşlarla əlaqələrini möhkəmləndirəcək, ödəniş sektorunun inkişafına təkan verəcək və Azərbaycanın uzunmüddətli iqtisadi artımını dəstəkləyəcək" – deyə, açılış mərasimində Visa-nın Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika (CEMEA) ölkələri üzrə Regional Prezidenti Tariq Mahmud bildirib.
"Visa uzun illərdir ki, bizim üçün etibarlı və strateji tərəfdaşdır. Bu müddət ərzində biz yüzlərlə layihə həyata keçirmişik ki, onların da çoxu təkcə Azərbaycan üçün deyil, bütün region üçün innovativ idi. Bunlara ölkənin ilk rəqəmsal kartının istifadəyə verilməsi, tokenizasiyanın tətbiqi, sahibkarların smartfonlar vasitəsilə ödənişləri qəbul etmək imkanı daxildir. Əminəm ki, Visa komandasının Bakıda yeni ofisinin açılması əməkdaşlığımız üçün yeni üfüqlər açacaq və bizə daha effektiv nəticələr əldə etməyə imkan verəcəkdir”, – deyə Kapital Bank-ın İdarə Heyətinin sədri və Baş icraçı direktoru Fərid Hüseynov bildirib.
"Visa ilə tərəfdaşlığımız sadəcə uzunmüddətli əməkdaşlıq deyil, bu, ölkənin maliyyə ekosisteminin inkişafı üçün etimad və ortaq öhdəlikdir. 1997-ci ildə ilk Visa və ABB çip kartlarının istifadəyə verilməsindən Visa-nın qabaqcıl “Mobility & Transport Transaction” (MTT) texnologiyasının tətbiqinə qədər bütün istiqamətlərdə innovasiyalara və ödənişlərin rəqəmsallaşdırılmasına can atmışıq. Biz fəxr edirik ki, ABB müştəriləri dünya səviyyəli xidmətlərdən istifadə edərək alış-verişlərini tez, rahat və təhlükəsiz şəkildə ödəyə bilirlər”, – deyə ABB İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.
Son illərdə Visa Azərbaycandakı fəaliyyətini yeni texnologiyaların tətbiqi hesabına əhəmiyyətli dərəcədə genişləndirmiş və çox sayda yeni texnologiya tətbiq etmişdir. Əsas təşəbbüslər arasında Visa Token Service (rəqəmsal pul kisələri vasitəsilə ödənişləri mümkün edən xidmət) texnologiyası, CEMEA regionunda ilk dəfə istifadəyə verilmiş və hazırda Azərbaycanın 7 bankı tərəfindən dəstəklənən Visa B2B Connect (sürətli banklararası beynəlxalq əməliyyatlar üçün), habelə 9 yerli bankın dəstəklədiyi Visa Tap to Phone var. Bundan əlavə, Visa Bakı-Sumqayıt marşrutu üzrə bütün 14 stansiyada "tap-to-drive" ödənişlərini mümkün edən və bir əməliyyatda 24 saat ərzində ictimai nəqliyyatda gedişi özündə birləşdirən Mobility & Transit Transaction (MTT) model texnologiyasını tətbiq etmişdir ki, bu da CISSEE regionunda ilk belə tətbiqdir.
Visa rəqəmsal ödənişlər sahəsində dünya lideridir. Visa dünyanın 200-dən çox ölkə və regionunda istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən ödəniş əməliyyatlarını emal edir. Şirkətin missiyası innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
45 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
1 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
-
3 saat əvvəl
ABB-nin son açıqlamasından sonra "DavrBank"ın beynəlxalq reytinqi yüksəldi
-
3 saat əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Ən çox oxunanlar
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
Rəsmi məzənnələr açıqlandı
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb






.jpg)
.jpg)












.jpg)
