Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
(®) "Carlsberg Azerbaijan" növbəti dəfə “Xəzəri Qoruyaq!” adlı genişmiqyaslı ekoloji aksiyaya dəstək olub. Sentyabrın 1-dən 20-nə qədər davam edən aksiya Xəzərin Lənkəran, Astara, Neftçala, Xaçmaz, Siyəzən, Sumqayıt və Bakı çimərliklərini əhatə edib.
Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində keçirilən aksiyanın məqsədi Azərbaycanda ekoloji vəziyyəti yaxşılaşdırmaq, əhalini təkrar emal istiqamətində maarifləndirmək və ətraf mühitə məsuliyyətli yanaşmanı təbliğ etməkdir.
“Xəzəri Qoruyaq!”çərçivəsində yekun təmizlik aksiyası Bakının Bilgəh çimərliyində baş tutub. Bu il ümumilikdə 1300-dən çox könüllünün iştirakı ilə çimərlik ərazilərindən 5 tondan çox tullantı toplanılıb.
Carlsberg Azerbaijan komandası da aksiyada aktiv iştirak edərək Xəzər çimərliklərinin tullantılardan təmizlənməsinə öz töhfəsini verib. Şirkət həmçinin, aksiya boyunca könüllüləri ölkədə ilk yerli istehsal olunan 0.0 alkoqollu içkisi “Xırdalan 0.0” ilə də təmin edib.
Carlsberg Azerbaijan-ın baş direktoru Alius Antulis bildirib ki, şirkət özünün qlobal “Birlikdə SIFIRA doğru və daha İrəli” dayanıqlı inkişaf strategiyasına uyğun olaraq fəaliyyət göstərdiyi ölkələrdə ekoloji layihələrə dəstək olur:
“Altı ildən artıqdır ki, Carlsberg Azerbaijan “Xəzəri Qoruyaq!” kampaniyasının mühüm tərəfdaşlarından biridir. Biz bu illər ərzində ekoloji dəyərlərin qorunması və tullantısız gələcəyin qurulması istiqamətində ardıcıl addımlar atmışıq. Bu gün əməkdaşlarımız və tərəfdaşlarımızla birgə sahildə keçirdiyimiz aksiyada toplanan tullantıların həcmi göstərir ki, birgə səylərimiz real nəticə verir. Gələcəkdə daha çox şirkət və təşkilatın bu təşəbbüsə qoşulacağına inanıram və hər kəsi daha təmiz Xəzər naminə həmrəyliyə çağırıram.”
Carlsberg Azerbaijan ilə yanaşı aksiyanın əsas tərəfdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Coca-Cola, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), “EcoHub” ekoloji platforması, AmCham, “PwC Azərbaycan” və “McDonald's” şirkətləri olublar.
Xatırladaq ki, 1986-cı ildə təsis edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü dünyanın 100-dən çox ölkəsində qeyd olunur. Azərbaycan “Xəzəri Qoruyaq!” şüarı ilə artıq 16 ildir ki, bu təşəbbüsdə iştirak edir.
Qeyd edək ki, “Birlikdə SIFIRA doğru və daha İrəli” adlı qlobal dayanıqlı inkişaf proqramı Carlsberg Group-un 2040-cı ilə qədər bütün dəyər zənciri üzrə bir sıra istiqamətlərdə ətraf mühitə təsiri azaltmaq üçün hazırladığı strategiyadır.
Şirkət həmin strategiyaya uyğun olaraq SIFIR karbon izi, SIFIR kənd təsərrüfatı tullantısı, SIFIR su itkisi, SIFIR məsuliyyətsiz istehlak, SIFIR qablaşdırma tullantısı və SIFIR bədbəxt hadisə ambisiyaları ilə davamlılıq proqramını icra edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
5 d. əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
-
9 d. əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
-
10 d. əvvəl
"Fitch Solutions" Azərbaycanda 2026-cı il üçün inflyasiya gözləntilərini azaldıb
-
29 d. əvvəl
Bakıda Ramazana özəl tədbir: 3 gün Dubay əmlaklarına endirim ediləcək
-
43 d. əvvəl
VTB (Azərbaycan) sahibkarlar üçün QR ödəniş xidmətini istifadəyə verdi
-
48 d. əvvəl
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
-
1 saat əvvəl
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Ən çox oxunanlar
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
Fevralın 21-də gözlənilən hava şəraiti
Kanada şirkəti: Quba–Xəzəryanı regionunda 2027-ci ildə seysmik və qazma işlərinə başlamağı planlaşdırırıq
Dünya markaları ilə rəqabət aparan Azərbaycan məhsulu – "KNARR" boyaları xarici bazarlarda möhkəmlənir
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
Dünyanın ən çox gəlir əldə edən şirkəti dəyişib
























