Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır
(®) Bir ekosistemin vahid loyallıq proqramı olan Bir Bonus möhtəşəm hədiyyələr qazandırır.
Belə ki, 1 oktyabr tarixindən etibarən Bir Bonus lotereyası start götürüb. Bu lotereyada həm bonus qazanaraq, həm də xərcləyərək iştirak etmək mümkündür. 15 noyabr 2025-ci il tarixinədək davam edəcək lotereyada istifadəçilər yüzlərlə bonusla yanaşı, lotereyanın əsas mükafatı Toyota Corolla avtomobilinə sahib olmaq şansı əldə edirlər. Birbonus.az saytında mobil nömrəsini yazaraq qeydiyyatdan keçən hər kəs lotereyada iştirak edə bilər.
Lotereyada iştirak prosesi çox sadədir. Kapital Bank/Birbank kartları və ya m10 ilə ən azı 5 AZN və daha yuxarı məbləğdə ödəniş 1 şans qazandırır. Birmarket.az saytı və ya Birmarket tətbiqində edilən ödənişlər sahibinə 10 şans gətirir. Bonus balansından 0.50 və yuxarı məbləğdə Bir Bonus xərcləyən iştirakçılar 1 şans, Birmarket.az və Birmarket tətbiqində isə 10 şans qazanırlar.
Aşağıdakı əməliyyatları icra edərək lotereyada şans saylarını artırmaq mümkündür:
- Birbank tətbiqində aylıq təklif edilən bonus kateqoriyalarından seçim edib, həmin kateqoriyalarda edilən ödənişlər;
- Partnyor mağazada alış-veriş zamanı Bir Bonus barkodunu oxudaraq edilən ödənişlər;
- m10 tətbiqində bonus ilə edilən və ya bonus qazandıran ödənişlər;
- Birbank və ya m10-da QR funksiyası ilə bonuslarla edilən ödənişlər;
- Bir Bonus kabinetini “Trendyol Azərbaycan”da əlaqələndirib edilən ödənişlər;
- Bonus kateqoriyası seçib bonus partnyorunda edilən ödənişlər;
Lotereyanın yekununda ümumilikdə 1001 nəfər qalib seçiləcək. Onlardan 1 nəfər lotereyanın superprizi – Toyota Corolla avtomobilini, digərləri isə yüzlərlə bonus qazanacaq.
- 100 qalib – 200 bonus
- 200 qalib – 100 bonus
- 300 qalib – 50 bonus
- 400 qalib – 20 bonus
Lotereyanın tirajı 16 dekabr 2025-ci il tarixində keçiriləcək. Qaliblər təsadüfi seçim əsasında müəyyən ediləcək. Seçim prosesi Bir Bonus-un rəsmi sosial media hesablarında canlı yayımlanacaq.
Ətraflı məlumat üçün: http://birbonus.az/ və ya *1001
Qeyd edək ki, Bir ekosistemin vahid loyallıq proqramı olan Bir Bonus – Birbank, m10, Birmarket və digər ekosistem brendləri ilə yanaşı minlərlə tərəfdaşda istifadəçilərə bonus qazanmaq və onları asanlıqla xərcləmək imkanı yaradır. Bir ekosistem müştəriləri Bir Bonus proqramına avtomatik olaraq qoşulur və bütün imkanlardan yararlanmaq şansı əldə edir. Bonusları BakıKart biletindən Trendyol sifarişinə, mobil balansdan Birmarket alış-verişinə qədər rahatlıqla istifadə etmək mümkündür.
Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 6 d. əvvəl
-
22 d. əvvəl
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
- 45 d. əvvəl
-
56 d. əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
1 saat əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
Ən çox oxunanlar
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu














.jpg)




