"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
"Prime Cotton" şirkətinin istehsal etdiy ipliklərin uşaqlar və allergiyaya həssas insanlar üçün belə tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi.Azərbaycanın pambıq və tekstil sənayesinin aparıcı şirkətlərindən biri olan "Prime Cotton", beynəlxalq keyfiyyət və məsuliyyət standartlarına uyğunluğunu bir daha təsdiqlədib. Şirkət məhsullarının OEKO-TEX® Standard 100 – Product Class I (Baby Articles) sertifikatı ilə təsdiqləndiyini elan edib.
Bu nüfuzlu sertifikat Prime Cotton-un istehsal etdiyi ipliklərin uşaqlar və allergiyaya həssas insanlar üçün belə tam təhlükəsiz olduğunu sübut etməklə yanaşı, məhsulların ən yüksək beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına cavab verdiyini təsdiqləyir. Şirkətin bu uğuru həm də Azərbaycanın pambıq sənayesinin qlobal arenada artan nüfuzunu göstərir.
Prime Cotton-un beynəlxalq təşkilatlardan əldə etdiyi uğurlar bununla bitmir. Şirkət artıq Sedex- in Supplier Plus üzvü kimi qlobal təchizat zəncirində sosial, etik və ekoloji məsuliyyət prinsiplərinə əməl etdiyini rəsmi şəkildə təsdiqləyib. Eyni zamanda, Beynəlxalq Pambıq Assosiasiyası (ICA) üzvlüyü şirkətə beynəlxalq pambıq ticarətində etibarlılıq və şəffaflıq prinsiplərinə sadiqliyini nümayiş etdirmək imkanı verib.
Bundan əlavə, Prime Cotton, Cascale tərəfindən həyata keçirilən Higg FEM Self-Assessment mərhələsini uğurla tamamlayaraq Higg Index sertifikatı əldə edib. Bu qiymətləndirmə, müəssisənin ekoloji və sosial dayanıqlılıq göstəricilərini beynəlxalq səviyyədə ölçdüyünü və inkişaf etdirdiyini təsdiqləyir.
Hazırda Prime Cotton, həmçinin Better Cotton Initiative (BCI) çərçivəsində sertifikatlaşdırma prosesinə də start verib. Bununla yanaşı, şirkət NOP, GOTS, ISO 9001, ISO 14001 və ISO 45001 kimi beynəlxalq sertifikatların alınması istiqamətində də fəal hazırlıq aparır. Bu addımlar Prime Cotton-un yalnız keyfiyyətli məhsul istehsalına deyil, həm də dayanıqlı inkişaf, ətraf mühitin qorunması və əmək təhlükəsizliyi prinsiplərinə sadiqliyini göstərir.

Prime Cotton-un Baş İcraçı direktoru Rövşən Mahmudov açıqlamasında bildirib:
“Bizim üçün keyfiyyət sadəcə bir vəd deyil – istehsalın hər mərhələsində yaşayan prinsipdir. OEKO-TEX® sertifikatının əldə olunması, Sedex və ICA üzvlüyü, həmçinin BCI və digər beynəlxalq standartlara yönəlmiş fəaliyyətlərimiz, şirkətimizin qlobal bazarda etibarlılıq və məsuliyyət dəyərlərinə bağlılığını nümayiş etdirir.
Bununla yanaşı, biz beynəlxalq tərəfdaşımız Geodentify ilə birlikdə pambığın mənşəyinin və təchizat zəncirinin elmi əsaslarla izlənə biləcəyi sistemin yaradılması istiqamətində mühüm layihəyə başlamışıq. Bu sistem vasitəsilə hər bir fermer təsərrüfatının pambığında unikal izotop və element “imzası” müəyyən ediləcək, bu da məhsulun mənşəyinin elmi şəkildə təsdiqlənməsini təmin edəcək.
Geodentify-nin qabaqcıl SIRA və TEA analizlərinə əsaslanan bu proqram Prime Cotton-un “dirt-to-shirt” konsepsiyasını daha da möhkəmləndirərək şirkətə beynəlxalq bazarlarda şəffaflıq, etibarlılıq və rəqabət üstünlüyü qazandıracaq.”
Qeyd edək ki, "Prime Cotton" MMC — 30 illik təcrübəyə malik, pambıqçılıq sahəsində Azərbaycanın aparıcı şirkətidir. "GP Cotton Holdings"in tərkibinə daxil olan "Prime
Cotton", pambıq istehsalı ilə yanaşı mahlıc, iplik, pambıq yağı və pambıq jmıxı istehsalı ilə də məşğuldur. Şirkət müasir texnologiyalar, davamlı istehsal zənciri və keyfiyyətə əsaslanan yanaşması ilə yerli və beynəlxalq bazarlarda rəqabətədavamlı məhsullar təqdim edir.
(+994 55) 515 01 01
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 11 saat əvvəl
-
1 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 3 gün əvvəl
-
3 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
“Günaydın” restoranı yeni filialını açır
“Pizza Mizza”nın “28 May” filialı açılıb
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
“Qarabağ Tekstil Evi” istifadəyə verildi - Yataq dəsti, çarpayı və divan örtüyü, dəsmal və digər məhsullar istehsal edir
İş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb






.jpg)



.jpg)










